Yelizaveta Mukasey (başq. Мукасей Елизавета Ивановна 16 (29) mart 1912, Ufa, Ufa qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 19 sentyabr 2009[1], Moskva) — Sovet kəşfiyyat agenti, qeyri leqal. Dövlət Təhlükəsizlik Məmuru, podpolkovnik. Sovet Qeyri-leqal kəşfiyyat məmuru Mixail İsaakoviç Mukaseynin həyat yoldaşı.
Yelizaveta Mukasey | |
---|---|
Doğum tarixi | 16 (29) mart 1912 |
Doğum yeri |
|
Vəfat tarixi | 19 sentyabr 2009[1] (97 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | casus |
Yelizaveta İvanovna Mukasey 29 mart 1912-ci ildə Ufa şəhərində anadan olub. Yelizavetanın qızlıq soyadı Yemelyanova olmuşdur.
1917-ci ilin sonunda ata-anası aclıqdan qaçmaq üçün ailəsi ilə birlikdə Daşkəndə köçür. 1929-cu ildə orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin Biologiya fakültəsinə daxil olur. Məzun olduqdan sonra Yelizaveta İvanovna Mukasey əvvəlcə fabrikdə, sonra da işləyən gənclər məktəbinin direktoru vəzifəsində çalışmışdır (1938-1939).
1939-1943-cü illərdə Yelizaveta Mukasey əri, qeyri leqal kəşfiyyat məmuru Mixail İsaakoviç Mukasey ilə birlikdə ABŞ-a Los-Anceles şəhərində işgüzar səfərdə olur.
1943-1949-cu illərdə Moskva İncəsənət Teatrının Bədii Şurasının katibi işləmişdir.
1955-1977-ci illərdə "Elsa" təxəllüsü ilə xüsusi təlim keçdikdən sonra əri ilə mərkəzlə ikitərəfli əlaqə təmin edərək xaricdə işləmişdir. Xaricdə işlədiyi müddətdə əri ilə birlikdə Mərkəz tərəfindən yüksək qiymətləndirilən kəşfiyyat məlumatları əldə etmək üçün Avropa ölkələrinə göndərilir.
1977-ci ildə SSRİ-yə qayıtdıqdan sonra Yelizaveta Mukasey gənc kəşfiyyat kadrları yetişdirməyə başlayır. Kəşfiyyat məktəbləri üçün bir çox dərslik və dərs vəsaitlərinin müəllifidir.
O, əri ilə birlikdə 30 il xaricdə iş və həyatla bağlı "Zefir və Elza" xatirə kitabının müəllifidir.
Yelizaveta Mukasey oğlu sovet və rus rejisoru Anatoli Mixayloviç Mukaseydir. Gəlini aktrisa və rejissor Svetlana Serqeevna Drujininadır. Nəvəsi kameraman Mixail Anatolyeviç Mukasey.
Yelizaveta Mukasey 19 sentyabr 2009-cu ildə Moskvada vəfat edir. Xovan qəbiristanlığında əri ilə birlikdə dəfn edilmişdir[2][3] .
Yelizaveta İvanovna Mukasey dövlət təhlükəsizliyinin fəxri işçisi idi. Xidməti və yüksək nailiyyətlərinə görə orden və medallarla, o cümlədən "Hərbi xidmətə görə" medalı, habelə Aleksandr Nevskinin ordeni ilə təltif olunur. O, Rusiya Federasiyasının təhlükəsizliyinin təmin olunmasında göstərdiyi böyük xidmətlərinə görə ona verilən Yuri Andropov mükafatı laureatıdır.