Yelkən (qaya)

Yelkən qaya — Karasnodar diyarında təbiət abidəsi. Qaya Qara dənizin sahildə, Gelencik şəhərindən 17 km cənub-şərqdə, Praskovevka kəndinin (sahil boyu 500 metr) və Canxot (4,5 km) xutorunun yaxınlığında yerləşir.

Yelkən qaya
rus. Скала́ Па́рус
BTMB kateqoriyası — III (Təbiət abidəsi)
Yaradılma tarixi 24.11.1971
İdarəetmə orqanı Krasnodar diyarının Təbii Ehtiyatlar Nazirliyi
Yerləşməsi
44°26′19″ şm. e. 38°11′03″ ş. u.
Ölkə  Rusiya
Yerləşməsi Krasnodar diyarı
Yaxın şəhər Gelencik
Yelkən qaya xəritədə
Yelkən qaya
Yelkən qaya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Yelkən qayası dəniz sahilində yerləşən vertikal şahid dağ mənşəli qumdaşı parçasıdır. Qaya əsas hissədən uçqun səbəbi ilə ayrılmışdır. Xarici görünüşünə görə qaya parçası düördbucaqlı yelkəni xatırladır. O üzdən yelkən adlandırılıb. Qayanın qalınlığı bir metrdən çoxdurur. Hündürlüyü 25 m, uzunluğu isə 20 m-dir. Bəzi mənbələrdə isə hündürlüyü 30 m, uzunluğu isə 25 m qeyd olunur. Qayanın dörddə üçündən çoxu sahilə perpendikulyar olaraq dənizə daxil olub.[1]

Qaya üzərində, 2,5 hündürlükdə dəlik var. Onun yaranma səbəbi aydın deyil. Bəzi mənbələrdə göstərilir ki, Qafqaz müharibəsi zamanı dağ artilleriyasının atəşi nəticəsində yaranıb. Ancaq dəliyin mənşəyinin bu versiyası sual altındadır: Qara dəniz sahillərini tədqiq edən S.Vasyukov 1903-cü ildə qayanı tədqiq etdikdən sonra yazırdı ki, "... dənizçilər döyüş gəmisindən atəş açdılar, 4 mərmi atdılar, amma divar sarsılmaz olaraq qaldı, baxmayaraq ki, heç vaxt qayanı deşməyən top mərmilərinin izləri nəzərə çarpır ...".

Qaya üzərində həmən hündürlükdə başqa bir kiçik dəlik də var. Onu görmək üçün Canxot qəsəbəsi tərəfə baxmaq lazımdır.

Sahil tərəfdən qaya üzəri ilə aşağı çətinliklə bir qayaya dırmanma yolu mövcuddur. Fransız çətinlik dərəcəsinə əsasən yol 4-cü kateqoriyaya aiddir. 2015-ci ilin məlumatlarına əsasən marşrut yetərincə köhnədir. Bəzi yerlərdə uçmalar müşahidə olunur. Qarmaqlar artıq zəif tutulur (və boltlar paslanıb). Mütəxəssislər yolu dırmanmamağı məslət görür.

Meydana gəlməsi[redaktə | mənbəni redaktə et]

Bu bənzərsiz formasiyanın meydana gəlməsinin səbəbləri dənizin quruya irəliləməsi, eroziya, eləcə də qayaların fərqli bərliyə malik olması idi.

Qorunması[redaktə | mənbəni redaktə et]

Təbiət abidəsi statusu 24 noyabr 1971 -ci ildə Gelencik şəhəri rəhbərliyi tərəfindən qayaya verilib. Qaynın qorunması Divnomorsky kənd məclisinə həvalə edilib.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Окрестности >> Скала Парус". 2007-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  2. "Скала Парус". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.