Yen-Men qalasının mühasirəsi

Yen-Men qalasının mühasirəsiÇin-Suy sülaləsi Yanq-tinin bu gün Taiyuan adı ilə bilinən şəhərin qalasında Şərqi Göytürk xaqanlığı ordusu tərəfindən 615-ci ildə mühasirəyə alınmasıdır.[1][2][3] Mühasirədən sonra Suy sülaləsinin ölkə içərisindəki nüfuzu tamamilə zəifləmiş və sülalə devrilmişdir.

Yen-Men qalasının mühasirəsi
Tarix 11 sentyabr 615
Yeri Taiyuan, Mərkəzi Asiya
Münaqişə tərəfləri

Suy sülaləsi

Şərqi Göytürk xaqanlığı

Komandan(lar)

Yanq-ti

Şibi xaqan

Tərəflərin qüvvəsi

bilinmir

100.000 süvari

Mühasirənin səbəbi[redaktə | mənbəni redaktə et]

İmperator Yanq-ti və oğlu vəliəhd şahzadə Yanq Çien qızlıq imperiya sarayında qalmaq üçün Şansiyə hərəkət etməyi düşünürdü. Bu səyahət zamanı imperator öz sarayında bir müddət qaldıqdan sonra Çin səddini keçərək şimaldakı hüdud torpaqlarını ziyarət etməyə qərar verdi. Türk xaqanının çinli şahzadəylə evli olub, türklərlə çinlilərin sülh dövründə olmasına rəğmən, Yanq-tinin Serbi xaqanın gücündən çəkinməsi və onu ortadan qaldırmaq üçün planlar hazırlaması iki dövlətin arasını açdı. Çin imperatoru İçkin Şada xaqanlıq və Çin şahzadəsi təklif edib, onu Şərqi Göytürk dövlətinin cənub hissəsinə yerləşdirmək istəmişdi. Ancaq İçkin Şad Çinin bu təklifini qəbul etmədi.[4] Vəziyyətdən xəbərdar olan Serbi Çin tərəfindən öldürülən Soqd mənşəli dövlət adamı və ətrafının da qısasını almaq üçün Çinə müharibə elan etdi.[5] Hökmdarın müharibə qərarı Çin kökənli xatun İçinq tərəfindən qısa zamanda Çin imperatoruna çatdırıldı.

Mühasirə[redaktə | mənbəni redaktə et]

Çin ilə əlaqələrdə Göytürk hakimiyyətinin müşavirliyini edən soqdların öldürülməsi və sonrasında alınan müharibə qərarını duyan Sui sülaləsi göytürklərə "soqdlar sizə üsyan qaldırmaq üçün bizdən yardım istəmişdi. Onları buna görə öldürdük" formasında mıktub göndırdi. Ancaq bu məktuba inanmayan Serbi 100.000-ə qədər atlı süvari ilə Yanq-tini izləməyə başladı.[6] Bundan sonra imperator Yan-Men qalasına qədər geri çəkildi. Çətin vəziyyətdə qalan imperatora bütün çağırışlara rəğmən, digər əyalətlərin heç birindən yardım gəlmədi. Göytürklər əvvəl Yen-Menə qədər olan bütün Çin torpaqlarıın işğal edib, 615-də imperatorun sığındığı qalasının 41 bürcündən 39-nu ələ keçirdilər. Pei Çü adlı çinli dövlət xadiminin tövsiyyəsindən sonra xaqanın çinli arvadı İçinq göytürklərin şimalında yaşayan Töles tayfalarının üsyan qaldırdığını deyərək Serbinin mühasirəni dayandırıb geri döməsini təmin etdi.

Çin qaynaqlarına görə, imperator mühasirə zamanı dayanmadan ağlamışdır. İmperator öldürülməsə də, Çinin bölgədəki psixoloji üstünlüyünü itirməsi Sui sülaləsinin daxili işlərinin tamamilə pozulmasına səbəb olmuşdu.

Nəticə[redaktə | mənbəni redaktə et]

Mühasirə Suy-Çin kökənli Göytürk xatunu İçinqin Serbi xaqanı mühasirəni dayandırması məsələsində inandırması ilə nəticələsə də, mühasirə zamanı Çin imperatorunun düşdüyü vəziyyət ölkədəki nüfuzunun tamamən yox olmasına səbəb oldu. Sui sülaləsi bu hadisədən sonra cəmi iki il yaşaya bildi. 617-ci ildə süqut etdi və onun yerini Tan sülaləsi aldı.[7]

Mühasirə nəticəsində:

  • Şərqi Göytürk xaqanlığı Çinə qarşı psixoloji üstünlüyü ələ keçirdi
  • Çin torpaqlarına edilən axınlarla ölkə iqtisadiyyatı yaxşılaşdı[8]
  • Göytürklər Çin ümumi valilərindən Li Yüanı himayələrinə alıb, dəstəkləyərək Sui sülaləsini yıxmaq üçün fəaliyyətlərini daha da artırdılar
  • 617-ci ildə Lianq Situ Şərqi Göytürk dövləti tərəfindən Çin xaqanı elan edildi
  • Bütün bu hadisələrdən 2 il sonra Sui sülaləsi devrildi.

Bundan əlavə, mühasirə nəticəsində Suy bürokratiyasının pozulmağa başladığı başa düşüldü. Çin imperatoru bu vəziyyəti mühasirə zamanı bu sözlərlə dilə gətirdi:

" Əgər böyük diplomat Çanq Sun-Senq sağ olsaydı, göytürklər bura gələ bilməzdilər.[9] "


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The Chinese Social and Political Science Review, 18. cilt, s. 401.
  2. Hasan Celâl Güzel, Ali Birinci (2002), Genel Türk tarihi, 1. cilt, Yeni Türkiye, s. 64.
  3. Son of Heaven, The Downfall of The Sui Dynasty, s. 15.
  4. Sarı, İbrahim (2013), Türk'ün Savaşları: Türklerin İslam Dünyasındaki Liderliği ve Savaşları, s.514.
  5. Türkler Ansiklopedisi, Göktürk Kağanlığı (Prof. Dr. Ahmet Taşağıl), C. II, İlk Çağ, s. 24 ve s. 93.
  6. Atsız, Nihal (2015), Tarih Kültür ve Kahramanlar, Türk Tarihinde Yabancı Kanlıların İhanet Serisi Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine, Ötüken.
  7. Tarih Boyunca Türklerde İnsanı̂ Değerler ve İnsan Hakları, Türk Kültürüne Hizmet Vakfı, 1993, s. 135.
  8. Taşağıl, Ahmet (1999), Gök-Türkler, TTK, s. 9.
  9. Halacoğlu, Yücel (2001), Göktürk Devleti'nin Kuruluşunun 1450. Yıl Dönümü, Yeni Avrasya Yayınları, s. 47.