Yeni İqtisadi Mexanizm — 1968-ci ildə Macarıstanda başlayan geniş ölçülü iqtisadi islahatdır. İslahatın təsiri 1972–1978-ci illər arasında Şərq blokunun ortaq siyasəti nəticəsində azaldı, amma 1989-cu il inqilabları sona çatana qədər islahat şərtləri vurğulanmasa da, Macarıstan iqtisadiyyatına təsir etməyə davam etdi. İslahat səbəbiylə 1980-ci illərdə Macarıstan bazar mexanizmlərini mərkəzi planlamaya nisbətən yüksək tutdu. Bu, sovet iqtisadiyyatından olduqca fərqli bir yol izləməsinə və eyni zamanda siyasi çətinliklərə səbəb oldu. Qərb qaynaqları islahatların təsiri altındakı macar iqtisadiyyatının Şərq bloku ölkələrindən daha yaxşı performans göstərdiyini bildirdilər.
1956–1968-ci illər arasında Mərkəzi Avropada islahatlar başladı. Bu islahatların başlanğıcı 1956-c il Macarıstan inqilabından başladı. İnkişafı Yanoş Kadarın Macarıstan liderliyinə gəlməsi və Macarıstan Sosialist Fəhlə Partiyasının yaranması ilə nəticələndi. Kadarın 1961-ci ildə "Bizə qarşı olmayanların bizimlə olduğunu" söyləyərək birləşmiş Macarıstan yaratmaq hədəfini yaratdı. Sosial barışa çatan Kadar əsas diqqətini iqtisadi inkişafa yönəltdi.
7 may 1966-ci ildə Partiya Mərkəzi Komitəsi Kadarın Yeni İqtisadi Mexanizm olaraq bilinən iqtisadi islahat planlarını açıqladı.[1] İslahat "Qarşılıqlı İqtisadi Yardımlaşma Birliyi" ölkəsinin "savaş sonrası ən radikal dəyişmə" olaraq qəbul edildi. 1 yanvar 1968-ci ildən rəsmi olaraq icrasına başlanıldı.[2] Nəticədə mərkəzi planlamanın çatışmazlıqlarının öhdəsindən gəlmək üçün bazar iqtisadi modellərinə keçid sürətləndi, şirkətlər arasında bazar münasibətləri yaratdı.[3]
Mərkəzi Komitənin 7 may tarixli qərarı şirkətlərin yeni iqtisadi siyasətdə rolundakı dəyişiklikləri ayrıntılarıyla göstərdi. İslahatlar istehsalçılara nə satdıqlarına, nə qədər satdıqlarına və satışa nə qədər məhsul çıxaracaqlarına qərar vermə sərbəstliyi verdi. Eyni zamanda alıcılara da yerli və ya xarici malları almaqda sərbəstlik verildi. Macarıstan hökuməti sərmaye üçün ayırdığı 128 milyard forintin 53,1%-ni, yəni 68 milyard forinti şirkətlərə verdi.
Yeni İqtisadi Mexanizmin məqsədi Macarıstanın xarici ticarətinə ciddi töhfə vermək üçün Macarıstan iqtisadiyyatının yaxşılaşdırılması idi. 1966-ci ildə Sovet İttifaqı Macarıstan ixracatının 32%-ni, idxalının 29%-ni təşkil edirdi. Macarıstanın qərbin inkişaf etmiş ölkələrinə ixracının 42,7%-i qida və canlı heyvanlar, 43,5%-i isə istehsal malları idi. Sosialist ölkələri ilə ticarət əlaqələrinin 81,3%-ni istehsal malları təşkil edirdi. Qərbin inkişaf etmiş ölkələrindən idxalda isə istehsal malları üstünlük təşkil edirdi(70.6%). Buna səbəb əvvəlki mərkəzi planlama ilə əlaqədar olaraq keyfiyyətə deyil, kəmiyyətə üstünlük verilməsi idi. Ona görə də macar məhsulları qərb texnoloji standartlarına uyğun gəlmirdi.