Yeni Şotlandiya silahlı hücumları - KanadanınYeni Şotlandiya əyalətinin Portalik şəhərində və 50 km radiusda olan bir sıra digər yaşayış məntəqələrində dinc insanlara qarşı kütləvi atəşin açılması. Yerli polisinin verdiyi məlumata görə hadisə 51 yaşlı şəhər sakini Qabriel Uortman tərəfindən törədilmişdir.[1] Baş vermiş silahlı hadisə Kanada tarixində ən çox insan təlafətına səbəb olan olay kimi tarixə keçib.[2]Kanadanın Baş naziri Castin Trüdo həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
18 aprel axşamı əyalət polisi paytaxt Halifaksdan 130 kilometr şimalda yerləşən Portalik şəhərindən və ətraf ərazilərdən çoxlu sayda 9-1-1 çağırışları qəbul etmişdir. Polisə zəng edən şəxslər, naməlum şəxsin dinc insanlara atəş açdığını və çoxlu sayda həlak olanın olduğunu bildiriblər.[3][4][5][6] Gecə boyunca davam edən araşdırmalar zamanı ən azı 50 kilometr radius ərazisində güllələnənlərin və qan izlərin olduğu müəyyənləşdirilmişdir.[1][3][7] Portalik əhalisi qısa zamanda təxliyə edilmiş və axtarış ərazisi genişləndirilmişdir. Atışmalarda üç binanın və iki avtomobilin məqsədli və ya təsadüfən yandığı təyin olunmuşdur.[1][8]