Yeni Şotlandiya yarımadası (ing. Nova Scotia peninsula) — Kanadanın cənub-şərqində yerləşən yarımada.
Yeni Şotlandiya yarımadası | |
---|---|
Yerləşməsi | |
47°00′ şm. e. 63°00′ q. u.HGYO | |
Akvatoriya | Atlantik okean |
Ölkə | Kanada |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yarımadanın ərazisinin böyük qismi Yeni Şotlandiya vilayəti ərazisində yerləşir. Yarımadanın uzunluğu 430 km, eni isı 130 km[1]. Şərqdə ensiz Kanso boğazı yarımadanı Keyp-Breton adasından ayırır. Şimaldan Nortamberlend boğazı Şahzadə Eduard Adasından ayırlr. Cənubdan və cənub-şərqdən Atlantik okeanın suları ilə yuyulur. Qərbdən Men körfəzi, şimal-qərbdən Fandi körfəzi ilə əhatələnir. Materiklə Şiqnekto bərzəxi ilə birləşir.
Cənub və cənub-şərqdən sahilləri olduqca parçalıdır və fiordlarla zəngindir[2]. Körfəzləri: Fandi, Maynas, Şiqnekto, Sent-Corc, Kantri, İndian, Musquodoboit. Buxtaları: Annapolis, Şedabakto, Marqarets, Maxoun, Meduey, Cordan, Sent-Meris, Kobekuit. Sahil xəttinin uzunluğu 7579 km-dir. Sahil sularında 3809 kiçik ada vardır[3].
Çayları: Annapolis, Mersey, Meduey, Biber, Mus, Şubenakadi. Gölləri: Rossinol, Kecimkucim, Paradaiz, Malqreyv. İri şəhərləri: Qalifaks və Dartmunt. Ucqar nöqtələri: şimal-şərqdə — Corc burnu, şərqdə — Kanso burnu, cənubda — Bakarro.
Yarımada qneys, qranit və qumlarla örtülüdür[4]. Əsas faydalı qazıntıları: Daş kömür, Daş duz, gips[5]. Şelf ərazisində neft və qaz çıxarılır.
İqlimi yumşaqdır. İl ərzində 1200 mm yağıntı düşür. İynəyarpaqlı və enliyarpaqlı meşələrə sahibdir.
Yarımada ərazisində Kecimkucik Milli parkı yerləşir. Üstəlik vilayət əhəmiyyətli Keyp-Çiqnekto, Arisaiq (ing. Arisaig Provincial Park), Beyfild-Biç (ing. Bayfield Beach Provincial Park), Biver-Mauntin (ing. Beaver Mountain Provincial Park), Pomket-Biç (ing. Pomquet Beach Provincial Park), Keyp-Şiqnekto parkları. Təbiət qoruqları: Тоbеаtik, Makqill-Leyk, Klod-Leyk.