Yeni Müqəddəs Apollinare Bazilikası (Sant'Apollinare Nuovo), Teoderik tərəfindən 500-cü illərdə inşa edilmiş, uzunluğu 35 metr və eni 21 metr olan son dövr antik bazilikadır. Binanı maraqlı edən xüsusiyyətlərdən biri də Konstantinopoldan gətirilən Prokonnesos mərmərindən hazırlanmış sütunlar və binadakı misilsiz mozaikalardır.
katolisizm | |
Yeni Müqəddəs Apollinare Bazilikası | |
---|---|
Sant'Apollinare Nuovo | |
Ölkə | |
Üslubu | Bizans memarlığı |
|
|
Saytı | |
ravennamosaici.it/basili… | |
Vikianbarda əlaqəli mediafayllar |
Apsesdəki pəncərələrdəki bir yazı kilsəni VI əsrin birinci rübünə aid edir. İndiki bina əsasən Teoderik tərəfindən tikilmiş binanın planını izləyir, lakin yerinin səviyyəsi XVI əsrdə ilkin səviyyəsindən təxminən 1,5 metr yüksəkliyə qaldırılmışdır. 539-cu ildə İmperator I Yustinian tərəfindən komandan təyin edilmiş Belisariusun rəhbərliyi altındakı Bizans ordusunun Ravenna şəhərini fəth etməsindən sonra ariyaçılıq təzyiqə məruz qaldı. Buna görə, yarandığı dövrdə İsa Məsihə həsr olunmuş bir aryani kafedralı kimi xidmət edən kilsə, Bizans fəthindən sonra anti-aryanist Toroslu Müqəddəs Martiniyə ithaf edilmişdir. Nəhayət, 856-cı ildə Müqəddəs Apollinarenin yadigarlarının Sant'Apollinare Classedən buraya köçürülməsi ilə, bu dəfə kilsə Ravennalı Müqəddəs Apollinareyə ithaf edilmiş və hələ də kilsə bu adla adlandırılır.
Sadə bir bazilikada olan Müqəddəs Apollinare Nuovo narteks, sağında va solunda iki yan nefi olan bir əsas nef və tək apsisə malikdir. Binada dəyişdirilmiş məmulat olaraq istifadə edilən Korinf sütun başlıqları görülə bilər. Əsasən Theoderic'in saray kilsəsi olaraq fəaliyyət göstərən bina, dini ayinlərə ev sahibliyi etdiyi kimi digər siyasi məqsədlər üçün də xidmət edilmişdir. Freskaların ən aşağı sırasında yerləşən bir mozaika da kilsəni kral kilsəsi kimi təsvir edir. Kilsənin içərisində ana nefdə arkadlar mövcuddur, buna görə əsas nef həm yan neflərdən həm də narteksdən daha yüksəkdir.
Kilsənin apsisində digər Ravenna kilsələrindəki kimi bir mozaika olması mümkündür. Ancaq bir zəlzələyə görə apsis çökmüş və yenidən qurulduğu üçün Apsisdə hər hansı bir mozaika bəzəyi görmək mümkün deyil. Ancaq əsas nefin yan neflərdən yüksək olduğu hissədəki divarlar mozaika ilə bəzədilmişdir. Burada 3 cərgə müxtəlif mozaikalar mövcuddur. Binanın işığını təmin edən pəncərələrin yuxarı hissəsində, 13-ü şimal, 13-ü cənub divarında olmaqla, 26 kristoloji təsvir var. Bu təsvirlər 1.02–1.21 hündürlüyündə və 1.17–1.38 enində olub kilsənin içərisində 12 metr hündürlükdən başlayır. Əsasən bu səhnələr İsa peyğəmbərin möcüzələrini (Şimal divarı) və onun sınağını (cənub divarı) təsvir edir. Erkən xristian sənətində əhəmiyyətli bir dəyərə sahib olan bu təsvirlər kiçik sənətlər xaricində monumental bir tikilidə günümüzə gələn ilk təsvirlərdir[2] . Pəncərələrin yanında adları çəkilmiş peyğəmbərin, yepiskopun və həvarinin təsvirləri var. Pəncərə hissəsi ilə Arkadlar arasındakı hissədə xristian şəhidlərinin karvanı var.
Mozaikaların diqqət çəkən bir başqa xüsusiyyəti də İsa peyğəmbərin möcüzəsi və əzabının təsvir olunduğu səhnələrdə İsa peyğəmbərin paltarının rənginin bənövşəyi olmasıdır. Bənövşəyi rəng, xristian sənətində tez-tez imperator ilə əlaqələndirilən bir rəngdir. Bunun xaricində, təsvir olunan bütün səhnələrdə başının arxasındakı hale bir xaçla doldurulmuşdur. Bu mənzərələri maraqlı edən başqa bir xüsusiyyət, şimal divarında təsvir olunan İsanın möcüzələri səhnələrində İsa peyğəmbərin gənc və saqqalsız, cənub divarındakı Məsihin sınağı səhnələrində isə saqqallı və daha yaşlı bir insan kimi göstərilməsidir.