Yeni Qvineya timsahı

Yeni Qvineya timsahı (lat. Crocodylus novaeguineae) — əsl timsahlar sinfinin nisbətən kiçik növü. Yalnız Yeni Qvineya adasında yaşayır. Bu növün erkəkləri 3,5 m, dişiləri isə 2,7 m-ə uzunluğa qədər böyüyür. Ağzı olduqca dar, rəngi boz-qəhvəyi, quyruğunda tünd qəhvəyi ləkələr vardır. Yeni Qvineya timsahı, görünüşü və quruluşu baxımından Siam timsahına bənzəyir. Baxmayaraq ki, Avstraliya şirinsu timsahına daha yaxındır[3]. Filippin timsahı (Crocodylus mindorensis) əvvəllər Yeni Qvineya timsahı bir yarımnövü sayılırdı, lakin indi ümumiyyətlə ayrı bir növ kimi qeydə alınmışdır.

Yeni Qvineya timsahı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yeni Qvineya timsahı
Beynəlxalq elmi adı

Yeni Qvineya timsahı adanın daxili hissəsindəki şirin suda yaşayır. Bəzən duzlu su hövzələrində görülə bilər. Heyvanın pəhrizi kifayət qədər genişdir: yetkinlik yaşına çatmayanlar böcəklər və kiçik balıq, yeniyetmələr ilan, suda-quruda yaşayanlar, daha böyük balıq, quş və kiçik məməlilər, böyüklər daha böyük heyvanları ovlayır. Yumurta bir yuvaya qoyulur. Hər iki valideyn yuvanın qorunmasında və nəslin qayğısına qalmaqda iştirak edə bilər.

  • "Crocodylus novaeguineae". The IUCN Red List of Threatened Species (ingilis).
  • crocodilian.com: Crocodylus novaeguineae  (ing.)
  • Crocodylus novaeguineae
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. Naish, Darren. "Crocodiles of New Guinea, crocodiles of the Philippines (crocodiles part IV)". Scientific American Blog Network. 2016-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]