Yeni Yəhudi qəbiristanlığı (çex. Nový židovský hřbitov) – Çexiyanın paytaxtı Praqa şəhərinin Jijkov rayonunda yerləşən yəhudi qəbiristanlığı. 1891-ci ildə Qədim Yəhudi qəbiristanlığındakı yer probleminə görə salınmışdır.
Qəbiristanlıq | |
Yeni Yəhudi qəbiristanlığı | |
---|---|
çex. Nový židovský hřbitov | |
| |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Əsası qoyulub | 1889–1890 |
Dəfn sayı |
|
Dini tərkib | iudaizm |
50°04′52″ şm. e. 14°28′34″ ş. u.HGYO | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəbiristanlığın sahəsi Qədim Yəhudi qəbiristanlığındakından 10 dəfə böyükdür, 100.000 qəbirlik tutuma malikdir, bu isə bir əsr boyunca istifadə olunması üçün münasibdir.[1] Burada həmçinin urnalar üçün yer vardır, lakin yəhudi ənənələri kremasiyaya icazə vermir. Qəbiristanlıq hələ də istifadədir və Praqadakı Yəhudi Cəmiyyəti tərəfindən nəzarət olunur.
Qəbiristanlıqda Ar-nevü üslubunda işlənmiş bir çox abidə vardır: Yan Kotera tərəfindən Peruts ailəsinin üzvləri üçün hazırlanmış iki abidə, Yan Ştursa tərəfindən rəssam Maks Horba həsr olunmuş tovuzquşu formasında abidə, az tanınan sənətkarlar tərəfindən Ar-nevü üslubunda işlənmiş digər görkəmli işlər.[2] Ən diqqət çəkən qəbirlərdən biri Uoldes ailəsinə aiddir: heykəltaraş Yozef Vaslav Mıslbek tərəfindən hazırlanmış qəbir iki büstlə bəzədilmişdir.