Yeni Yol |
---|
Yeni Yol və ya Sosialist Demokratiyası üçün Yeni Yol (türk. Sosyalist Demokrasi için Yeniyol) — Yenidən Birləşmiş Dördüncü İnternasionalın Türkiyə bölməsi.[1] Hərəkatın formalaşması 1978-ci ildə nəşrə başlayan "Sürekli Devrim" (permanent inqilab) adını daşıyan jurnala gedib çıxır. Azadlıq və Həmrəylik Partiyasının daxilində daxili tendensiya formalaşdımış və sonradan ləğv edilmişdir. 2022-ci ildə hərəkat Türkiyə İşçi Partiyasına qoşulduqlarını açıqlamışdır.[2]