Türkiyə Fəhlə Partiyası və ya qısaca TİP ― Türkiyəfə 2017-ci ildə Ərkan Başın rəhbərliyində Xalqın Türkiyə Kommunist Partiyasının xələfi olaraq yaradılmış sol təmayüllü siyasi partiya. Partiya Türkiyə Böyük Millət Məclisində 4 millət vəkili ilə təmsil olunur. 25 avqust 2022-ci il tarixindən bu yana Xalqların Demokratik Partiyasının rəhbərliyində qurulmuş Əmək və Azadlıq İttifaqının üzvüdür.
Türkiyə Fəhlə Partiyası Türkiye İşçi Partisi | |
---|---|
TİP | |
Sədri | Ərkan Baş |
Sədr müavinləri |
Barış Atay Doğan Ərgün |
Quruluş tarixi | 7 noyabr 2017 |
Baş qərargah | Çankaya, Ankara |
İdeologiya | kommunizm, marksizm-leninizm |
İdeoloji spektr | İfrat solçuluq |
Üzvlüyü | Əmək və Azadlıq İttifaqı |
Üzv sayı | 11 122 |
TBMM |
4 / 600 |
Mətbuat orqanı |
İleri Haber İleri TV |
Saytı | tip.org.tr |
Bayrağı | |
Vikianbarda əlaqəli mediafayllar |
2017-ci ildə Ərkan Baş, Barış Atay, Tuncay Çelən, Mətin Çulhaoğlunun rəhbərliyində keçmiş Türkiyə İşçi Partiyası və Türkiyə Kommunist Partiyası üzvləri, müxtəlif vətəndaş cəmiyyətləri və həmkarlar ittifaqları təmsilciləri, işçi, tələbə və elm xadimlərinin də daxil olduğu 146 nəfərin də imzasının olduğu bəyanat yayımlanmışdır.[1] Xalqın Türkiyə Kommunist Partiyası 7 noyabr 2017-ci il tarixində ad dəyişərək fəaliyyətinə son qoymuşdur.[2]
2018-ci il parlament seçkilərində Xalqların Demokratik Partiyası ilə müttəfiqlik edən Türkiyə İşçi Partiyası[3] deputatlığa namizədlərini XDP siyahılarından göstərmişdir. Ərkan Baş İstanbul 1-ci seçki bölgəsindən, Barış Atay isə Hatay seçki bölgəsindən 27-ci çağırış TBMM-nin XDP deputatı seçilmişdir.[4] Seçkilərin ardından Barış Atay və Ərkan Baş XDP-dən istefa verərək Türkiyə İşçi Partiyasına keçmişdir. 19 aprel 2021-ci il tarixində Əhməd Şık partiyanın üçüncü deputatı olaraq fəaliyyətə başlamışdır.
25 iyun 2021-ci il tarixində Sera Kadıgil Cümhuriyyət Xalq Partiyasından istefa verərək Türkiyə İşçi Partiyasına üzv oldu.[5] O, partiyanın sözçüsü və Qanunvericilik Bürosunun katibi kimi fəaliyyət göstərir.
2020-ci ilin yayında seçkilərə qatılma haqqını qazanmış Türkiyə İşçi Partiyası 2023-cü ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyi elan olunmuşdur.[6] Seçkilərə sol, demokrat və mütərəqqi hərəkat və partiyaların təsis etdiyi bir ittifaqla qatılmağı prioritet olaraq görən partiya bu ittifaqın yaradılması üçün müxtəlif görüşlərdə iştirak etmişdir. Bu səbəblə Türkiyə İşçi Partiyası Xalqların Demokratik Partiyası, Əmək Partiyası, Əməkçi Hərəkat Partiyası, Sosial Azadlıq Partiyası, Sosialist Məclislər Federasiyası və Xalqevləri ilə görüşlər keçirmişdir.[7] Potensila üçüncü ittifaqın Millət İttifaqı və Cümhur İttifaqına alternativ olmasını hədəfləyən partiya ideologiyaları və mövqeləriylə uyğunlaşacaq bir vahid namizəd olması halında bu namizədi prezident seçkilərində dəstəkləyə biləcəklərini bəyan etmişdir. Ərkan Baş bu ittifaqın "yenidən quruluşu" təmsil edəcəyini demiş və ittifaq sayəsində siyasətdən uzaqlaşdırılmış "milyonlarla işçinin, kəndlinin, gəncin, qadının, LGBT-li fərdlərin, yoxsulların, yox sayılanların, kürdlərin, ələvilərin" aktiv rol ala biləcəyi bir quruluşa ehtiyac olduğunu elan etmişdir.[7]
25 avqust 2022-ci il tarixində Türkiyə İşçi Partiyası, Xalqların Demokratik Partiyası, Yaşıllar və Sol Gələcək Partiyası, Əmək Partiyası, Əməkçi Hərəkat Partiyası, Sosial Azadlıq Partiyası, Sosialist Məclislər Federasiyası və Xalqevlərinin daxil olduğu Əmək və Azadlıq İttifaqı quruldu. İttifaq seçkilərə Xalqların Demokratik Partiyasının qapadılma ehtimalına qarşı Yaşıllar və Sol Gələcək Partiyası siyahısından girməyə qərar verdi. Türkiyə İşçi Partiyası öz emblemləri və siyahılarıyla seçkidə iştirak qərarı aldığını açıqlasa da, aparılan danışıqlarda əvvəlcə ölkə üzrə mövcüd 86 seçki dairəsi (81 şəhər) üzrə yarısından çoxunda namizəd çıxarma qərarı almışdır. Daha sonra bu qərara yenidın baxılmış və müxalifətin mandat itirmə ehtimalına qarşı 16-ya yaxın seçki dairəsində siyahılar geri çəkilmişdir. Beləliklə, TİP seçkilərdə 49 seçki bölgəsi üzrə öz emblemi ilə iştirak etmişdir.[8]
Seçki dönəmində Cezmi Basqın, Aslı İnandıq, Onur Saylak kimi məşhur şəxslər partiyaya üzv olmuşdur.
Partiyanın İzmir 2-ci seçki bölgəsində 1-ci sıra namizədi tanınmış jurnalist İrfan Değirmenci, Muğladan 1-ci sıradan namizədi aktyor Mehmet Aslantuğ, Balıkesirdən 1-ci sıra namizədi isə aktyor Sərhat Suha Özcan olmuşdur. Partiyanın Hataydan 1-ci sıra namizədi əvvəlcə aktyor, deputat Barış Atay olsa da, o öz dostu, Gəzi parkı etirazları səbəbi ilə həbsdə olan Can Atalayın xeyrinə geri çəkilərək Antalyada otel işçisi namizədin ardından 2-ci sıradan namizəd olmuşdur.
Seçki nəticələrinə əsasə İstanbulun 3 seçki bölgəsinin hər birində 1 (sədr Ərkan Baş, sözçü Sera Kadıgil və sabiq deputat Əhməd Şık), Hatayda da 1 mandat (Can Atalay) olmaq üzrə partiya ümumilikdə %1.76 səs ilə 4 mandat qazanmışdır.
Türkiyə İşçi Partiyası Türkiyədə kapitalizm yerinə sosialist bir sistemin qurulması fikrini irəli sürür və neoliberalizmə qarşı mövqe tutur.[9] Proqramını Marksizm teoriyası üzərinə quran partiya eyni zamanda sol populist bir mövqeyə sahibdir.[10]
Mehmet Əli Aybar liderliyindəki ilk TİP-in siyasi mövqeyinə yaxın olmaqla bərabər Bəhicə Boran dövrünün siyastindən də öz bəhrəsini almışdır.[11] Sekulyarlıq, cümhuriyyətçilik və cinsiyyət bərabərliyi kimi mövzularda partiyanın mövqeyi xüsusi yer tutur.[12] TİP təriqət və camaatların ictimai xidmətlərdən məhrum edilməsi və sosial həyatda yer almaması görüşünə sahibdir.[13] Partiya bütün Türkiyə gəncliyi üçün pulsuz, bərabərhüquqlu, elmi və sekulyar bir təhsil sistemini əsas tutur və təriqət və camaatlara aid yataqxana, ev və təhsil ocaqlarının da müsadirə edilməsini nəzərdə tutur.[14] İşıq, su, gaz və internet kimi kommunal xidmətlərin dövlət nəzarətinə keçərək heç bir qazanc məqsədi güdmədəb vətəndaşlara paylanılması partiyanın müdafiə etdiyi fikirlərdəndir.[15]
Ərkan Baş |
Seçki | Xəritə | Sədr | Səs | Mandat | Məclis | Sıra | |||
---|---|---|---|---|---|---|---|---|---|
# | % | ± | # | ± | |||||
2023 | Ərkan Baş |
956 057 | %1,76 |
— | 4 / 600
|
— | Müxalifət | 8. |