Yeni məscid (Qəbələ)

Qəbələ şəhər Yeni məscidiQəbələ şəhəri ərazisində məscid.[1]

Yeni məscid
Xəritə
40°58′53″ şm. e. 47°50′45″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Qəbələ
Yerləşir Qəbələ
Sifarişçi ~ Heydər Əliyev Fondu
Tikilmə tarixi 2010-2013
Minarələri 1
Vəziyyəti fəaliyyət göstərir
Kateqoriyaməscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Yeni məscid (Azərbaycan)
Yeni məscid

Qəbələ şəhər Yeni məscidin inşaat işlərinə 2010-cu ilin may ayından başlanılıb və 2013-cü ilin əvvəlində məscidin tikintisi başa çatıb. Məscid Heydər Əliyev Fondunun sifarişi ilə tikilib.[2]

Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. Məsciddə eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edə bilər.

Məscidin divar və sütunlarına müqəddəs Qurani-Kərimdən surələr yazılmış, divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib.

Məsciddə axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər vardır. Məscidin həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmış və iki fontan inşa edilmişdir.

2013-cü il fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılışında iştirak edib.[3]

  1. "Arxivlənmiş surət". 2018-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
  2. "Arxivlənmiş surət". 2017-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
  3. "Arxivlənmiş surət". 2013-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.