Filmdə Bakıda keçirilən XXI Ümumittifaq kinofestivalı günlərində mətbuat konfranslarının keçirilməsi, festival iştirakçılarının Bakının tədris və sənaye müəssisələrində, Naxçıvanda, Gəncədə zəhmətkeşlərlə görüşləri canlandırılmış, kinorejissor Oqtay Mirqasımovun "Şeytan göz qabağında" bədii filminə görə Baş mükafata layiq görülməsi öz əksini tapmışdır. Burada festival iştirakçıları respublikamızdakı görüşlərdən aldıqları təəssüratlardan, eyni zamanda yenidənqurma şəraitində kino xadimlərinin vəzifələrindən söhbət açırlar.
Yenidənqurmanın işığında... | |
---|---|
Janr | sənədli film |
Rejissorlar |
Xamiz Muradov Rafiq Yüzbaşov |
Ssenari müəllifi | Xamiz Muradov |
Operatorlar |
Vladimir Konyagin Sərdar Vəliyev Köçəri Məmmədov Elxan Əliyev |
İstehsalçı | "Salnamə" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1988 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1988 |
Texniki məlumatlar |
2 hissə 507 metr 35 mm |
Rəng | rəngli |