Yeniləmə sürəti

Yeniləmə sürəti (ing. Refresh rate) — videoaparaturada: sabit, titrəməyən “şəkil” halında bütün ekranın görüntüsünün yenidən çəkilməsi tezliyi. Televiziya ekranlarında və rastr displeylərində ekranın iç üzündəki fosfor örtüyünü işıqlandıran elektron şüası ekranın bütün sahələrini təxminən 60 Hs (saniyədə 60 dəfə) sürətlə yeniləyir. Sətirləri növbələnən (INTERLACING) displeylərdə qonşu sətirlər bir sətirdən bir yenidən çəkilir, yəni əslində hər bir ayrıca sətir saniyədə yalnız 30 dəfə yenilənir, ancaq effektli yeniləmə sürəti (saniyədə 60 dəfə) saxlanılır.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.