Yonpxöndo adasının atəşə tutulması — Cənubi Koreyanın Yonpxöndo adasının atəşə tutulması 2010-cu il noyabrın 23-də Şimali Koreya tərəfindən baş vermişdir. Adaya azı 200 mərmi buraxılmışdır[1]. Nəticədə 4 cənubi koreyalı həlak olmuş, 16 isə yaralanmışdır, eyni zamanda 60–70 yaşayış evi yanmışdır.
Yenpxyendo adasının atəşə tutulması | |
---|---|
Tarix | 23 noyabr 2010 |
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
BMT-nin baş katibi Pan Gi Mun Cənubi Koreya ərazisinə hücumu "1953-cü ildə müharibənin başa çatmasından bu yana ən pis insident" adlandırıb[2]. Şimali Koreya da ABŞ hərbçilərinin dəniz sərhədlərinin dəqiqləşmədiyi bir məkanda hərbi təlimlərdə iştirak etməsinin müharibəyə yol açacağı barədə xəbərdarlıq edib.