Yer saatı

Yer saatının loqosu
Yer saatı çərçivəsində İtaliyadakı Kolizeydə işıqlar keçirilib. 2008-ci il

Yer saatı (ing. Earth Hour) — Ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbir. Hər ilin mart ayının axırıncı şənbə günü keçirilir və hər kəsi, dövlətkommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa keçirməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışır. İlk dəfə bu tədbir (WWF) tərəfindən The Sydney Morning Herald qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. Artıq gələn il dünyada tərəfdarları tapıldı, 2009-cu ildə isə geniş hərəkata çevrildi. WWF-nin məlumatına görə onu hər il 1 milyard əhali keçirir.

Azərbaycan rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyası qeyd edilir. Elə həmin il keçirilən ilk tədbirdə Bakıda Qız Qalasının ışıqları 1 saat müddətinə söndürülüb. IDEA İctimai Birliyi 2014, 2015, 2017 və 2018-ci illərdə Dünya Vəhşi Təbiət Fondunun (WWF) "Yer saatı" beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir. Koordinator qismində IDEA İctimai Birliyinin təşkilatçılığı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və WWF Azərbaycan nümayəndəliyinin dəstəyi ilə  "Yer saatı" kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlərin keçirilir. IDEA İB-nin təşəbbüsü ilə Bakı şəhəri üzrə məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər. IDEA İctimai Birliyi tərəfindən 2017-ci ildə 10 illiyini qeyd edən "Yer saatı" kampaniyası çərçivəsində ölkəmizdə təşkil edilən genişmiqyaslı aksiyaya 300 nəfərdən çox gənc qoşulmuşdur. IDEA-nın təşkilatçılığı ilə “Yer saatı” kampaniyası çərçivəsində veloyürüş, məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun qeyri-adi rəqsləri, əyləncəli flaşmoblar, hədiyyəli müsabiqələr, tədbir müddətində fasiləsiz musiqi və gənclərin marağına səbəb olacaq digər sürprizlər təşkil edilir.

2010-cu ildə Kuritiba Nəbatat bağı (cənub Braziliya).

Hərəkatın ciddi tənqidçiləri də vardır. Beləki, bir saatdan sonra eyni vaxtda işıqların yandırılması və elektrik cihazlarının işə salınması elektrik xətlərində ani anda yükün çoxalmasına və qəzaya səbəb ola bilir.[1]