Yerdənkənar həyat

Qırmızı cırtdanın yaxınlığındakı planetdə yerdənkənar həyat forması. SSRİ poçt markası, 1967.

Yerdənkənar həyat (yadplanetdə həyat) — Yerdən kənarda meydana gələn və mövcud olan hipotetik həyatdır. O, astrobiologiya (ekzobiologiya) və ksenobiologiyanın tədqiqat mövzusudur və eyni zamanda elmi fantastikada uydurma obyektlərdən biridir. Belə hipotetik həyat sadə prokariotlardan (və ya müqayisə edilə bilən həyat formalarından) sivilizasiyaları bəşəriyyətdən daha inkişaf etmiş canlılara qədər dəyişə bilər.[1][2]

Başqa məskunlaşan aləmlərin mövcudluğu məsələsi qədim zamanlardan müzakirə olunur. Konsepsiyanın müasir forması Kopernik İnqilabının Yerin Günəş ətrafında fırlanan adi bir planet olduğunu nümayiş etdirdiyi zaman yaranmışdır. Yaşayış üçün digər planetlərin və ya ayların mövcudluğu ideyası yeni anlayışın təbii nəticəsi idi. Bu mövzu elmdə ən spekulyativ mövzulardan birinə çevrilib və elmi fantastikapopulyar mədəniyyətdə mərkəzi mövzulardan biridir .

XX əsrin ortalarından bəri yerdənkənar həyatın əlamətləri üçün aktiv axtarışlar aparılır. Bunlara indiki və ya keçmiş yerdənkənar həyatın axtarışı və yerdənkənar ağıllı həyatın daha konkret axtarışı daxildir. Axtarış üsulları əsasən radioteleskoplar vasitəsilə əldə edilən məlumatlarla bağlıdır.[3]

Müasir elmin Yer üzündə yadplanetlilərin mövcud olduğunu iddia etmək üçün heç bir müşahidə əsası yoxdur; eyni zamanda Yerdəki həyatın və ya zəkanın unikal olduğunu,Kainatda buna bənzər başqa heç nəyin olmadığını söyləmək üçün də heç bir elmi əsas yoxdur.

  1. Davies, Paul. "Are We Alone in the Universe?". The New York Times. 2013-11-18. 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-20.
  2. Pickrell, John. "Top 10: Controversial pieces of evidence for extraterrestrial life". New Scientist. 2006-09-04. 2015-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-18.
  3. Overbye, Dennis. "As Ranks of Goldilocks Planets Grow, Astronomers Consider What's Next". The New York Times. 2015-01-06. 2019-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-06.