Yerdəyişmə (Fransızca: Mon inconnue; Mənim qəribim) — rejissor Hyu Gelin tərəfindən çəkilmiş 2019-cu il istehsalı olan fransız romantik komediya filmidir. Aktrisa Edit Skobun rol aldığı son filmdir
Yerdəyişmə | |
---|---|
fr. Mon inconnue | |
Janr | komediya filmi, romantik film |
İlk baxış tarixi | 2019, 12 sentyabr 2019[1], 11 iyul 2019[2], 8 may 2020 |
Müddət | 117 dəq. |
Ölkələr | |
Dil | fransız dili |
IMDb | ID8265928 |
Dünya premyerası 18 yanvar 2019-cu ildə baş tutmuşdur.
Rafael Ramis məşhur yazıçıdır. Kollecdə o, ilhamverici Olivia ilə tanış olur - qız ona populyarlıq gətirən ilk romanının qəhrəmanının prototipinə çevrilir. Evlənirlər və birlikdə xoşbəxt yaşayırlar. Pianoçu kimi böyük bir gələcək vəd verən Olivia əri üçün karyerasını yarımçıq qoyur və piano müəllimi olmağı seçir. Bir axşam yazıçı sonunda baş qəhrəmanını öldürdüyü birinci kitabının davamını bitirir. Elə həmin axşam cütlük böyük dava edir.
Güclü qar fırtınasından sonra Rafael paralel dünyada oyanır. Qəhrəman heyrətlə özünün əsl qadın düşkünü olduğunu kəşf edir. Amma onu heç kim tanımır, yazıçılıq karyerası sadəcə olaraq yoxdur və ümumiyyətlə o, məktəbdə müəllim kimi müəyyən qədər qəpik-quruşlar qazanaraq həyatını tam olaraq uduzmuş bir yazıqdır. Ancaq bu da filmin baş qəhrəmanı olan gənci kədərləndirmir. Bu dünyada Oliviya onunla heç vaxt tanış olmamışdır və güclü prodüser Markla evlənməyə hazırlaşan gözəl və uğurlu pianoçudur. Rafael Olivia ilə yenidən tanış olur və onunla münasibət yaradır. Onların arasında hisslər yenidən yaranır. Ramis tezliklə anlayır ki, keçmiş həyatını bərpa etmək üçün həyatına təsir edən kitabı yenidən yazmalıdır.