Yerin əsas suayrıcı (rus. главный водораздел Земли, ing. continental divide, continental watershed) — Atlantik və Şimal Buzlu okeanlarına tökülən çay hövzələrini Sakit və Hind okeanlarına tökülən çay hövzələrindən ayıran suayrıcı. Avstraliyadan başqa bütün materiklərdən keçir.[1]