Yerin elektrik sahəsi

Yerin elektrik sahəsi — atmosferin ionosfer adlanan qatı ilə yer səthinin birlikdə kondensator əmələ gətirməsinə deyilir.

Atmosfer ionosfer adlanan qatı yerin səthi ilə birlikdə sferik kondensator əmələ gətirir. İonosfer müsbət, litosfer isə mənfi statik elektrik yüklərinə malikdir. Atmosferin sıx hava təbəqəsi bu iki qat arasında naqil rolunu oynayır. Kondensatorun elektrik yükü qiymətcə yüksəkdir. Atmosferin aşağı qatlarında elektrik sahəsinin gərginliyi təxminən 100 B/m, ildırımlı havada isə daha çox olur.

Atmosferdə elektrik sahəsinin yaranması Günəş şüalarının təsiri altında onun üst qatlarında gedən ionlaşma prosesi ilə əlaqədardır. Günəşin səthində qısamüddətli xromosom partlayışları müşahidə olunur və onlar atmosferin 100–300 km hündürlüyündə müxtəlif cinsli ionlaşma əmələ gətirir; bu kütlə yüksəkdə əsasən küləklə qarışaraq atmosferdə və yer qabığında dəyişən elektromaqnit sahəsi yaradır.

Beləliklə, litosferdə tellurik cərəyan yaranir. Bunu torpağa basdırılmiş və ucu qalvonometrlə birləşdirilmiş elektrodlar vasitəsilə qeydə almaq mümkündür. Adi halda qalvonometrin göstəricisi 100 mA, elektromaqnit sahəsinin həyəcanlı dövrlərində 2,5 A-dək arta bilər. Tellurik cərəyanın orta sıxlığı 2 A/km²-ə bərabərdir.