Yerin kosmosdan öyrənilməsi

Yerin kosmos­dan öyrənilməsi – (rus. изучениe Земли из космоса, ing. Earth`s study from the space) Yerin süni peyklərində yerləşdirilmiş avtomatik kosmik cihazlar vasi­təsilə alınan geoloji və geofiziki məlumatların  işlənilməsi və bu məlumatlardan Yerin  inkişaf və quruluşunda əsas qanunauyğunluğu müəyyən etməkdə, eyni zamanda faydalı qazıntıların axtarışında, qlobal və regional geoloji struktura­ların öyrənilməsində, geoloji xəri­tələşdirmədə, müasir fiziki-geoloji proseslərin öyrənilməsində və digər məqsədlər üçün  istifadə edilməsi. Yerin kosmosdan öyrənilməsində həmçinin  kosmik şəkillərin /fo­toqrafik və televiziya/ geoloji və geomorfoloji  deşifrə edilməsindən də istifadə olunur.  [1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Yerin kosmosdan öyrənilməsi // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 140. ISBN 978-9952-453-14-0.