Yerini dəyişən göl (rus. блуждающeе озерo, ing. wandering lakes, divagation lake) — ildən-ilə öz yerini dəyişən göl. Materik daxili arid vilayətlər üçün səciyyəvi hadisə olub, əsasən illik axımın il ərzində qeyri-bərabər paylanması və böyük dəyişkənliyi, çöküntülərin (gətirmələrinin) bolluğu və insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar baş verir mis: Lobnor gölünü qidalandıran, Qönçədərə və Tarım çaylarının aşağı hissəsinin daimi olmaması həmin gölün məsafədə yer dəyişməsinə səbəb olur.[1]