Yerusəlim gülləbaranı — 21 noyabr 2021-ci ildə Yerusəlimdə baş verən gülləbaran. Şərqi Yerusəlimdən olan 42 yaşlı fələstinli Fadi Əbu Şıxaydəm[3] 2019-cu ildə Cənubi Afrikadan köçən[4][5] 26 yaşlı israillini qətlə yetirmişdir.[6] O, daha dörd nəfəri (bir ravvin də daxil olmaqla)[7] yaralamış, sonradan polis tərəfindən öldürülmüşdür.[8]
Zərərçəkənlər dua etmək üçün hərəkət edərkən hücumu törədən şəxs gülləbarana başlamışdır.[9] İsrail rəsmiləri Əbu Şıxaydəmin tur bələdçisinə dəfələrlə atəş açdığını[10] və daha sonra Eyn-Keremdəki Hadassa Tibb Mərkəzində öldüyünü bildirmişdir. Silahlı şəxs bir ravvini və yeşiva tələbəsini yaralmışdır. Polislər dərhal atəş açan şəxsə atəş açaraq cavab verdilər. Polislərdən ikisi yüngül xəsarətlər almışdır.[7][11]
Silahlı şəxs Fadi Əbu Şəxaydəm Yerusəlimin Şuafət məhəlləsində olan Rəşidiyyə orta məktəbində müəllim idi.[12][13][14] O, Həmas üzvü kimi tanınırdı və bu ərazidə İsrail turizminə qarşı aksiyalard iştirak etməklə yanaşı, müntəzəm olaraq Məbəd dağında moizələr söyləyirdi.[12]
Həyat yoldaşı hadisədən üç gün əvvəl xəstə anasını ziyarət etmək üçün İordaniyaya getmiş,[15] hadisənin ertəsi günü Allenbi körpüsündə həbs edilmişdir.[16] Polis hesabatında qeyd edilmişdir ki, Şıxaydəm, çox güman ki, "milliyətçi səbəblər"ə əsaslanan siyasi motivli olmuşdur.[17] 2022-ci ilin yanvarında Əbu Şıxaydəmin evinin sökülməsi əmri verilmişdir.[18]