Eyvaz Qurbanov

Eyvaz Daşdəmir oğlu Qurbanov (14 fevral 1963, Bucaq, Vartaşen rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin IIIVII çağırış deputatı (2005–2010, 2024–h. h.) Oğuz Rayon İcra Hakimiyyətinin başçısı (2011–2024).

Eyvaz Qurbanov
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsiVII çağırış — 117 saylı Oğuz–Qəbələ–Şəki
2 dekabr 2005 – 29 noyabr 2010
Seçki dairəsiIII çağırış — 117 saylı Oğuz–Qəbələ
bayraq
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
20 aprel 2011 – 16 iyul 2024
ƏvvəlkiAydın Əlihüseynov
SonrakıCavid Əbdul-Qədirov
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1963(1963-02-14) (61 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Eyvaz Daşdəmir oğlu Qurbanov 1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olub. 1980-ci ildə Oğuz şəhər 2 saylı orta məktəbini bitirib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2001–2004-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib. 1997-ci ildən Avropa Şurasının İdmanın İnkişafı Komitəsində respublikamızı müntəzəm olaraq təmsil etmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür. 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[1] deputatı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. O, 16 iyul 2024-cü ildə vəzifəsindən azad edilmişdir.[2]

Ailəlidir, iki övladı var.

2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış[3] deputatı seçilmişdir.

  1. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (az.)
  2. "E.D.Qurbanovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  3. "VII çağırış Milli Məclisin deputatları - SİYAHI". 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.