Yetimxana (film, 2007)

Yetimxana (ing. The Orphanage, isp. El orfanato) — 2007-ci ildə istehsal olunmuş ispan filmi.

Yetimxana
isp. El orfanato
Janr qorxu filmi[1][2][…], dram filmi
Distribütor Warner Bros.
İlk baxış tarixi 2007
Müddət 101 dəq.
Ölkələr
Dil ispan dili
Rəng rəngli
Çəkiliş yeri Barselona
IMDb ID0464141
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mövzu[redaktə | mənbəni redaktə et]

1975-ci ildə İspaniyada Laura adında balaca bir uşaq yetimxanadan övladlıq alınır. 30 ildən sonra yetişkin Laura əri Karlos və yeddi yaşındakı Simon adındakı oğulları ilə birlikdə yetimxanaya qayıdır. Laura yetimxananı əngəlli uşaqlar üçün yenidən açmaq istəyir. Simon Tomas adında bir uşaqla dost olduğunu iddia edir və onun çuval (kisə) maskası taxan bir uşaq olaraq şəkillərini çəkir. Özünü sosial xidmət işçisi olaraq Beniqna kimi tanıdan biri Simonu görmək üçün evi ziyarət edir. Beləliklə Laura və Karlosun Simonu övladlıq götürdükləri və Simonun QİÇS daşıdığı ortaya çıxır. Beniqnanın icazəsiz girişinə əsəbləşən Laura ondan getməsini istəyir. O günü gecə saatlarında Laura Beniqnanı yetimxananın kömür daxmasında tapır, ancaq Beniqna qaça bilir. Daha sonra Simon Lauraya qazanana bir dilək haqqı verən bir oyun öyrədir. İpucları ikisini Simonun övlad edinmə sənədlərinə aparır. Simon əsəbləşir və yeni dostunun ona Laauranın bioloji anası olmadığını və yaxında öləcəyini dediyini deyir.

Yetimxananın açılışı üçün qurulan məclisdə Laura və Simon dalaşır və Simon Lauradan gizlənir. Onu axtararkən Laura onu hamama itələyən və içəriyə kilitləyən çuval maskalı bir uşaqla qarşılaşır. Laura oradan çıxanda Simonun ortalıqda olmadığını və onu tapa bilmədiyini görür. O gecə Laura yetimxananın divarlarında bir neçə yüksək səslə çırpılma səsi eşidir. Səhəri gün polis psixoloqu Pilar Laura və Karlosa Simonu Beniqnanın qaçırmış ola biləcəyini deyir.

Altı ay sonra Simon hələ də ortalıqda yoxdur. Laura onu axtararkən daha sonra ambulans tərəfindən vurularaq öldürülən Beniqnanı görür. Polis Beniqnanın yetimxanada çalışdığını və orada yaşayan, amma gizli tutulan Tomas adında bir oğlu olduğunu aid bir sübut tapır. Lauranın övlad edinilməsindən bir neçə həftə sonra uşaqlar Tomasın deformasiya olmuş üzünü gizlətmək üçün taxdığı maskanı oğurlayırlar. Utanan Tomas yaxındakı bir dəniz mağarasında gizləndiyi yeri tərk eməyi rədd etdi və yüksələn sular onu uddu.

Laura Simonu axtarmaq üçün Aurora adlı bir mediumdan yardım istəyir. Aurora yetimlərin ruhlarının yardım üçün ağladıqlarını iddia edir. Bundan sonra Laura yetimxanada birlikdə böyüdüyü yetimlərin qalıqlarını tapır. Məlum olur ki, Beniqna Tomasın ölümünə səbəb olduqları üçün yeməklərinə zəhər qataraq yetimləri öldürmüş və meyitlərini yetimxananın kömür daxmasında gizlətmişdir. Bütün bunlarla baş edə bilməyən Karlos bir müddətlik evdən ayrılır. Laura evdə tək qalır.

Laura yetimxanda təmir işlərinə başlayır və elə edir ki, yetimxana əvvəlki kimi görünsün. Öz-özünə köhnə oyunları oynayaraq uşaqlarla əlaqə yaratmağa çalışır. Ruhlar onu yeraltındakı gizli otağın qapısına aparır. Elə içəridə Tomasın maskasını taxan Simonun cəsədini tapır. Bu anda Laura hər şeyi anladı: İtdiyi gün Simonu axtararkən inşaat materialları ilə bilmədən gizli otağın qapısını bağladı və bayıra çıxmağa çalışan Simon qəza nəticəsində yıxılıb boynunu qırdı.

Filmin sonlarına yaxın güclü yuxu dərmanları qəbul edən Laura ölürmüş kimi görünür. O, Simonu yenidən görmək üçün yalvarır. Bundan sonra Simon və digər uşaqların ruhları peyda olaraq Lauradan qalmasını və onlara baxmasını istəyir. Laura da onlara maraqlı hekayə danışmağa başlayır. Bir müddət sonra Karlos Laura, Simon və yetimlər üçün inşa edilən abidəni ziyarət edir. Kaslos yetimxananın yataq otağına qayıdanda orda Lauranın medalyonunu tapır. Qapı açılanda dönüb baxır və gülümsəyir.

Aktyorlar və obrazlar[redaktə | mənbəni redaktə et]

  • Belen Rueda - Laura
  • Fernando Cayo - Karlos
  • Roger Príncep - Simon
  • Montserrat Karulla- Beniqna

İstinadlar[redaktə | mənbəni redaktə et]