Yetkinlik həyatının bacarıqları (film, 2016)

Yetkinlik həytının bacarıqları 2016-cı ildə "Kreativ İngiltərə" şirkəti tərəfindən maliyyələşdirilmiş Böyük Britaniya komediya filmidir. Filmin ssenari müəllifi olan Reyçel Tannardın bu ilk işidir. Həmçinin film 2014-cü ildə London Film Festivalında nümayiş edilmişdir.[1] Film 29 yaşlı gənc xanımın həyatından bəhs edir. Anna, (Codi Uittaker — tərəfindən canlandırılmışdır) əkiz qardaşının ölümündən sonra anasının çardağında yaşamağa başlamış və buranı tərk etməkdən təkidlə imtina edir.[2][3]

Yetkinlik həytının bacarıqları
ing. Adult Life Skills
Janr komediya
Rejissor Reyçel Tannard
Prodüser Maykl Berliner
Ssenari müəllifi Reyçel Tannard
Baş rollarda Codi Uittaker
Ozzi Mayers
Brett Qoldşteyn
Alisa Lau
Lorreyn Eşburn
Edvard Hoqq
Reyçel Derinq
Eliyen Deyvis
Operator Bet Rouriç
Bəstəkar Miça P.Hanson
İstehsalçı Kreativ İngiltərə
İlk baxış tarixi 24 İyun 2016
Filmin növü bədii film
Müddət 96 dəqiqə
Ölkələr İngiltərə İngiltərə
Dil ingilis dili
İl 2016
Rəng rəngli
IMDb ID3213684

Film 2016-cı ilin aprel ayında Tribeka Film Festivalında nümayiş edilmiş[4] və ən yaxşı qadın rejisor adına görə top mükafatlardan biri olan Nora Efron mükafatını qazanmışdır.[5] Film Böyük Britaniya kinoteatrlarında 24 iyun 2016-cı il tarixində nümayiş edilmişdir

Anna sıxışmış vəziyyətdədir. O, 30 yaşına yaxınlaşır anasının bağında yerləşən çardaqda özünə qapannmış bir həyat tərzi sürür və sufrajistlərin bu zamana qədər niyə narahat edildiklərinin səbəbini bilmək istəyirdi. O, günlərini barmaqlarını aktyor kimi canlandıraraq videolar çəkməklə keçirir. Barmaqlar Yoqi ayının nihilist olub-olmaması ilə bağlı bir-birləri ilə münaqişə edirlər. Amma Anna hazırladığı bu videoları heç kimlə paylaşmır və heç kim bunların nə üçün hazırlandığını bilmir. Doğum günündən 1 həftə öncə isə anası onu bərk tənbeh edir — o çardaqdan çıxıb normal həyata qayıtmalı, saçlarını elə üslubda kəsməlidir ki, yetkin xanıma oxşasın və evsiz yeniyetmələr kimi geyinməyi dəyandırmalıdır. Təbii olaraq Anna cavab olaraq anasına "şəxsi həyatımdan geri çəkil!" dedi. Amma məktəb yoldaşı onu ziyarət edərkən Annanın öz-özünü təcrid etmə davranışları dözülməz həddə gəlib çatır. Tezliklə o 8 yaşlı, sıxıntılı, vestern abu-havasında olan oğlan uşağı tərəfindən dolaşıq vəziyyətə salınır.

Filmin musiqiləri

[redaktə | mənbəni redaktə et]
  • Micah P. Hinson — This Old Guitar
  • Micah P. Hinson — You lost sight of me
  • Micah P. Hinson — Beneath the rose
  • Micah P. Hinson — Ambulance scene
  • Micah P. Hinson — I Ain't movin'
  • Micah P. Hinson — A million light year
  • Micah P. Hinson — A million light year
  • Micah P. Hinson — How are you a dream
  • Micah P. Hinson — The Quill
  • Micah P. Hinson and T. Nicholas Phelps — In the making
  • Micah P. Hinson and T. Nicholas Phelps — I sleep tonight
  • Micah P. Hinson and T. Nicholas Phelps — The Downside
  • Micah P. Hinson and T. Nicholas Phelps — Period scene: manipulation of I sleep tonight
  • Aaron Beckum — Champions of the river Nile
  • Gabrielle Aplin — Panic cord
  • Benjamin James Smith — Billy Western
  • Middle East — Jesus came to my birthday party
  • Cinematic Orchestra — To build a home
  • Whitesnake — Here I go again
  1. British Film Institute. "London Film Festival 2014". BFI Official Website. 2014-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.
  2. Creative England. "How to Live Yours Video Diary". Creative England. 2015-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.
  3. Women in Film. "Rachel Tunnard Talks to WFTV.org". WFTV. 2015-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.
  4. "Tribeca 2016 Announces Lineups for Competition Programs (US Narrative, International Narrative, World Documentary) & Viewpoints — Tribeca". 27 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2016.
  5. "15th Tribeca Film Festival Announces 2016 Juried Award Winners — Tribeca". 1 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]