Yevgeni öldürgəni (lat. Anabasis eugeniae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet, endem növüdür. Regional IUCN Statusu: VU D2.
Yevgeni öldürgəni | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yevgeni öldürgəni |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Gövdəsi incə, yarpaqlarla örtülü olan, 10-25 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları sərtvari, yuxarıda itiuclu, 2-3 sm uzunluqdadır. Çiçəkləri yarpaq qoltuğunda üç-üç yerləşmişdir. Meyvə qanadları sarı və ya tünd-qırmızıdır, sonradan qaralır, yuxarıda dik durandır, onlardan 3-ü nisbətən böyükdür, köndələn ovaldır və ya geniş geriyə -yumurtavaridir. Digər 2 meyvə yarpağı kiçikdir. Yumurtalıq kiçik ziyilcikvaridir.
Çiçəkləmə - meyvə əmələgətirmə dövrü may-noyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Dağ ətəyində taxıllı-şoranlı müxtəlif otluq qruplaşmaları əmələ gətirir.
Naxçıvanın düzənliyi (Culfa rayonu –Darıdağ ətrafı).
Populyasiyanın sayı azdır. Yeganə lokalitetində antropogen təsirlər azalma təhlükəsini sürətləndirir.
Ekoloji amillərin kəskin dəyişməsi, texnogen və antropogen amillər (otarılma, tapdalanma).
Mühafizə üçün xüsusi tədbirlər aparılmır. Biotopda antropogen təsiri azaltmaq üçün qoruma tədbirlərinin görülməsi, yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxularının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma sahələrinin axtarılması təklif olunur.