Yevqenov boğazı

Yevqeovn boğazı rus. Пролив Евгенова -Şimal Buzlu okeanında yerləşən Laptevlər dənizini Vilkiç boğazı ilə birləşdirir. Bolşevik adasını Starokadomski adasından (Şimal Torpağı) ayırır. Uzunluğu 40 km, eni 30 km, ən dərin yeri 204 metr təşkil edir. Bolşevik adasının sahilləri qayalı və buzlaqlarla örtülüdür (Lelinqradski buzlağı). Sahillərində Levqenov və Morozov (Bolşevik), Konecki, Zapadnıy və Mayski (Storokadomski) buznuları vardır. Boğazın şərqində Yakovkin buxtası yerləşir. Boğazı dənizçi və Arktika araşdırmaçısı Nikolay İvanoviç Yevqenovun şərəfinə adlandırılıb. Boğaz Krasnoyarsk diyarı ərazisində yerləşir.

Yevqenov boğazı
rus. Пролив Евгенова
Ümumi məlumatlar
Eni 30 km
Uzunluğu 40 km
Yerləşməsi
78°21′27″ şm. e. 105°43′17″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Ayırır Bolşevik adasını Storokadomski adasından ayırır
Yevqenov boğazı xəritədə
Yevqenov boğazı
Yevqenov boğazı