Yitevuşi xaqan

Yitevuşi xaqan (çin. 伊特勿失可汗; v. 640-cı illər) — Son Seyanto xaqanı. Əsl adı Duomoçi olub, İncu xaqanın qardaşı oğlu idi.

Yitevuşi xaqan
Duomoçi (咄摩支)
ƏvvəlkiDuomi xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi 649dən əvvəl
Fəaliyyəti hərbi qulluqçu
Dini Tenqriçilik

Duomi xaqanın uyğurlar tərəfindən öldürülməsindən sonra Seyantoların şərqdə qalan əhalisinin hökmdarı olmuşdu. Tan sülaləsinə tabe olmaq istəyini bildirən xaqana imperator Çui Dunli (崔敦禮) adlı bir səfir göndərmiş, əlaqəni düzəltmək istəmişdi. Lakin daha sonra xaqan fikrini dəyişmiş, Çin sərkərdəsi Li Şici (李世勣) gələndə ölkənin cənubuna qaçmışdı. Xaqanın köməkçisi Tiçen (梯真) Çinə təslim olandan sonra xaqan da Çin səfiri Hsiao Siye (蕭嗣業) tərəfindən təslim alındı. Təslim olmayan Seyantolar isə ya öldürüldü, ya da həbs edildilər.

Yitevuşi özü Çanqan şəhərində yaşamağa davam etdi, 649-cu ildən öncə də vəfat etdi.