Yoakim Ronninq (30 may 1972)- əvvəllər Espen Sendberqlə bir komandada işləyən norveçli kino rejissoru. Hər ikisi Norveçin Sandefyord şəhərindəndir. Onların bir yerdə olduğu komanda Roenberq (hər ikisinin soyadının birləşməsi) adlanırdı. Ronninq indi film və televiziya verilişləri hazırlayan və rəhbərlik edən solo rejissordur.[1]
Yoakim Ronninq | |
---|---|
ing. Joachim Rønning | |
Doğum adı | Hans Joachim Rønning |
Doğum tarixi | |
Doğum yeri | Sandefyord, Norveç |
Milliyyəti | Norveçli |
Vətəndaşlığı | Norveç |
Fəaliyyəti | Kino rejissoru |
Fəaliyyət illəri | 1977- hələ də |
IMDb | ID1461392 |
2006-cı ildə Yoakim Ronninq Espen Sendberqlə birgə ilk filmləri olan və baş rollarını Penelopa Kruz və Salma Hayek oynadığı Bandidası çəkmişdir. Filmi fransız kinorejissor Luk Besson yazmışdır.
Onun 2012-ci ildə hazırladığı Kon-Tiki filmi Norveç kino tarixində Qızıl qlobus və 85-ci Akademiya mükafatına namizəd görülmüş ilk film idi.[2] Cütlük Karib quldurları seriyasının beşinci filmi olan "Karib quldurları:Ölülər nağıl danışmır" filminə rejissorluq etmişdir.[3][4]