Bu məqaləni vikiləşdirmək lazımdır. |
Professor Yohannes Rau Almaniyada Qafqaz və Mərkəzi Asiya bölgələri üzrə tanınmış ekspertdir və bir sıra kitabların, məqalələrin müəllifidir. O, müstəqil elmi fəaliyyəti ilə yanaşı, Almaniya Şərqşünaslıq İnstitutunda da çalışıb, bir sıra universitetlərdə mühazirələr oxuyub. Hazırda Almaniya Müdafiə Nazirliyi Akademiyası nəzdindəki təhlükəsizlik forumunun üzvüdür.
Yohannes Rau | |
---|---|
alm. Johannes Rau | |
Doğum tarixi | 14 aprel 1940 (84 yaş) |
Elmi dərəcəsi | |
Təhsili |
Yohannes Raunun "Dağlıq Qarabağ Azərbaycanın tarixində və Ermənistanın Azərbaycana qarşı təcavüzü" adlı kitabı işıq üzü görüb.
Müəllif 423 səhifədən ibarət kitabında Qafqazın tarixini qədim dövrlərdən başlayaraq müasir dövrümüzədək dərindən araşdırıb, Avropa ictimaiyyəti üçün qaranlıq qalan məqamlara aydınlıq gətirməyə çalışıb. Qafqaz Albaniyasının tarixindən bəhs edən müəllif əsərində qədim alban şəhərlərinin — Şamaxının, Bərdənin, Gəncənin, Ərdəbilin adlarını çəkib. Qədim Albaniyada ilk əvvəl xristianlığın mövcudluğunu qeyd edən alman professor indiki Qarabağ bölgəsinin də bu dövlətin, sonradan isə albanların qurduqları Girdiman dövlətinin tərkibində olduğunu qeyd edib. VII əsrdə ərəblərin gəlməsi ilə indiki Azərbaycan ərazilərində yerləşən qədim alban əhalisinin əksəriyyətinin islam dinini qəbul etdiyi bildirilib. Beləliklə, müəllif Azərbaycanın qədim dövlətçilik ənənəsinə malik olduğunu vurğulamaqla yanaşı, Qarabağın da Azərbaycanın tarixi ərazisinin tərkib hissəsi olduğunu göstərib.
Müəllif orta əsr dövründən, xüsusən Albaniya tarixindən bəhs edərkən erməni kilsəsinin qədim alban kilsəsini məhv etmək və alban irsinə sahiblənmək uğrunda çirkin mübarizəsini ifşa edib. Ermənilərin hələ VII əsrdə alban kilsəsi ilə etiqad yaxınlığı olan Bizans imperiyası və ərəb xilafəti arasındakı rəqabətdən alban irsinin məhv edilməsi üçün istifadə etməsi ciddi dəlillərlə göstərilib. Ermənilərin məkrli planlarını XIX əsrin əvvəllərində Azərbaycanı işğal edən çar Rusiyasının Qafqazdakı ağalığı dövründə davam etdirməsi və alban kilsəsinin ləğv etdirilməsinə nail olması oxucuların diqqətinə çatdırılıb.
Kitabda çar Rusiyasının Qafqazda, o cümlədən Azərbaycanda apardığı işğalçı əməliyyatlardan, o cümlədən Qarabağ xanlığı ilə çar Rusiyası arasında imzalanmış məlum saziş haqqında məlumat verilib. Daha sonra müəllif müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdən Azərbaycana 600 mindən çox erməninin köçürüldüyündən, ermənilərin Rusiyaya arxalanıb Azərbaycan torpaqlarının etnik görkəmini dəyişərək öz dövlətlərini qurmaq məqsədlərindən, ermənilərin 1905-ci, 1917–18-ci illlərdə azərbaycanlılara qarşı böyük qırğınlar törətdiyindən, müasir dövrdə Dağlıq Qarabağdakı separatçı rejimin özlərini "müstəqil dövlət" elan etmələrindən, Xocalı soyqırımından və hazırkı vəziyyətdən bəhs edib.
Bu, müəllifin Ermənistan-Azərbaycan münaqişəsinə dair ikinci kitabıdır. Onun birinci kitabı alman dilindən ingilis və ərəb dillərinə tərcümə edilib.