Yol (ing. The Road) - Amerikan yazıçı Kormak MkKartinin eyni adlı Pulitzer mükafatlı romanı əsasında, rejissor Con Hillkat tərəfindən 2009-cu ildə çəkilən, ABŞ istehsalı olan film. Filmin ssenarisi Jo Penhall tərəfindən yazılmışdır. Əsas çəkilişlər Pensilvaniya, Luiziana, Qərbi Virciniya və Oreqon şəhərlərində aparılmışdır. Filmin baş qəhramanları, dünya film ulduzu Viqqo Mortensen (ata) və balaca aktyor Kodi Smit-McPheedir (oğul).
Yol | |
---|---|
ing. The Road | |
Janr | Dram |
Rejissor | John Hillcoat |
Prodüserlər |
Nik Ueşler Stiv Şvarts Paul Mae Şvarts |
Əsərin müəllifi | Kormak MkKarti |
Ssenari müəllifi | Jo Penhall |
Baş rollarda |
Viqqo Mortensen Kodi Smit-McPhee Robert Duvall Şarliz Teron Guy Pearce |
Bəstəkarlar |
Nik Cave Uarren Ellis |
Montajçı | Con Qreqori[d] |
İstehsalçı | 2929 Entertainment |
Distribütor | The Weinstein Company[d] |
İlk baxış tarixi |
03 Sentyabr 2009 13 Sentyabr 2009 25 Noyabr 2009 |
Müddət | 111 dəqiqə |
Büdcə | $25.000.000 [1] |
Gəlir | $27.600.000 [1] |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
İl | 2009 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Pitsburq |
IMDb | ID0898367 |
Vikianbarda əlaqəli mediafayllar |
Baş vermiş böyük fəlakət nəticəsində dünya məhv olmaqdadır. Bitkilər və heyvanlar hamısı ölmək və yox olma ərəfəsindədir. Güclü zəlzələlər və təbbi fəlakətlər baş verir. Bir ata və oğul dağılmaqda olan dünyada həyat mübarizəsi aparmaqdadılar. Fəlakətdən öncəki günlər əksəriyyət vaxt kişinin yuxularında öz əksini tapır. Ata və oğul, sağ qalmaq üçün insan yeyənlərdən və soyuq ərazilərdən qaçaraq daha uyğun bir yerdə məskunlaşacaqlarını ummaqdadırlar.
Kişinin oğlu fəlakətdən bir qədər sonra dünyaya gəlir. Qadın fəlakətin daha böyüyəcəyini və insan yeyənlərin onları da nə zamansa yeyəcəklərini düşünərək bütün ümidlərini itirir. Ailənin bir silahı və üç mərmisi var. Bu son qurtuluş kimi hesab olunsa da kişi hücum edən adamyeyənlərdən birini vurur. Bununla o arvadının təzyiqinə məruz qalır. Arvadı onu, üç mərmi ilə özünü, arvadını və oğlunu öldürməməsində günahlandırır. Daha sonra arvadı üzərindəki paltarların bəzilərini çıxararaq kişini və oğlunu ölümlə tərk etmək üçün qaranlıq və soyuq meşəyə doğru yol alır və bir daha gözə görünmür.
Ata və oğul sonu bilinməyən bir yola üz tuturlar. Kişi adamyeyənlərin birini də silahı ilə vurur və bir gülləsi qalır.
Filmdə yalnız bir nəfərin adı Eli olaraq göstərilir.
Aktyor/aktrisa | Rol |
---|---|
Viqqo Mortensen | Kişi (ata) |
Kodi Smit-McPhee | Oğlan (oğul) |
Şarliz Teron | Qadın (kişinin arvadı, oğlanın anası) |
Michael K. Williams | Oğru |
Robert Duvall | Qoca kişi Eli |
Guy Pearce | Veteran |
Molly Parker | Veteranın arvadı |
Garret Dillahunt | Adamyeyənlərdən biri |