Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yol |
---|
Yol — 1990-ci illərdə Tehranda Keyhan müəssisəsində nəşr olunan jurnal.
"Yol" ötən yüzilliyin 90-cı illərində Tehranda çıxan ədəbiـbədii dərgi idi. Eyvaz Tahanın baş yazarlığı ilə tam Azərbaycan türkçəsində buraxılan bu dərgi, Güney Azərbaycan mətbuat tarixində hadisə sayılırdı. Vaxtilə Solçuların "Keyan"[۱] müəssisəsinə başçılıq etədiyi zaman işıq üzü görmüş Yolda yeniliklər az deyildi. Yol Güney Azərbaycanın birinci rəngli dərgisi, yep-yeni məzmunlu, və milli hökumət zamanından bəri çıxan ən yükəsk tirajlı nəşr orqanı idi. Habelə yolun özündən önəmsiz olmayan "Kəpənğk" dərgisi, Yolun əlavəsi kimi uşaqlar üٍçün buraxılırdı. Son nömrələrdə səhifələrinin sayı 64ـdə qədər artmış, bu əlavənin indiyə qədər bənzəri çıxmayıb. E.Taha Yol və Kəpənək dərgilərində 20 ـci nömərəyə qədər çalışdı. Həmin sayı işıq üzü gördükdən sonra məzmun və dilin dəyişdirilməsinə dair gələn hökumət əmrlərinə boyun qoymaraq redaksiyadan uzaqlaşdı. Bu uzaqlaşma Hüseyn Şəritmdarinin Keyhanı ələ keçirməsinə təsadüf edirdi. E. TAHAnın keyhanda əməkdaşları bunlar idi: rəhmətlik professor Həmid Məhəmmdəzadə, İsmayıl Hadi, Əli Urmulu, Abdulla Bəhrülulumi, Atila Maralanlı, Qəhrəman Nuranı, Əkbər Azad, Elşən Seyidzadə, Əmin Sidiqi, Elyar Kərimxanlı, Nuşin Musəvi. Görkəmli alim doktor Cavad Heyət başda olmaqla Azərbaycanın tanınmış alimləri, yazarları və şairlərinin əksəriyyəti öz əsərləri ilə Yolda çıxış etmişlər. İndiki tanınmış rəssamların bir neçəsi, o cümlədən Hüseyn Novruzi Yol dərgisi ilə şöhrət qazanmağa başlamışlar. Yolun loqosu böyük rəssam və heykəltaraş Nəcibinin işidir. [1] Keyhan İran mətbuat tarixində ən qədim və ən nüfüzlu mətbuat orqanların biri, nüfuz baxımından bəlkə də birincisidir. Keyhan müəssisəsində 15-dən çox qəzet və jurnal buraxılır ki, onların ən önəmlisi Keyhan gündəliyidir. Bu gündəlik iranda gedən islahat hərakatına qarşı çıxdığı üçün gözdən düşdü. Jurnalın redaksiya heyətinə aşağıdakı jurnalistlər daxil idi: