Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yol Nəğməsi 1955-ci ildə Hindistanda çəkilmiş drammatik üslublu filmdir.Ssenarisini banqladeşli yazıçı Bibutibuşan Bandyopadyay qələmə almış, rejissorluğunu isə həmyerlisi Sətyajit Ray üstlənmişdir.Filmə Banqladeş hökuməti rəsmi tərəfdaş olmuş və mavi ekrana daşınmasında maddi cəhətdən sponsorluq etmişdir. Tamamilə qeyri-peşəkar kollektivin və cəmi 3 min dollarlıq kiçik bir məbləğin hesabına çəkilən film rejissorun Apu üçlüyü adlanan silsilə filmlərindən ikincisi və ən məşhurudur.Filmin arxa fon musiqi və janr səsləndirilməsi Ravi Şankar tərəfindən reallaşdırılmışdır.
Film az müddət sonra Cannes Film festivalında Qızıl Palma mükafatına layiq görüldü.Eyni zamanda, Ən yaxşı film kateqoriyasında Bodil Mükafatının sahibi olaraq BAFTA mükafatına namizəd kimi irəli sürüldü.
İştirakçılar
İştirakçının adı | Rolun adı |
---|---|
Kanu Bannerci | Harihar Ray |
Karuna Bannerci | Sərbocaya Ray |
Subir Bannerci | Apu |
Uma Das Qupta | Durqa |
Çunibala Devi | İndir Takrun |
Runki Bannerci | Kiçik Durqa |
Reba Devi | Seca Takrun |
Aparna Devi | Nilmoninin nökəri |
Mövzusu
Film 20-ci illərdə Hindistanın qərb əyalətlərinin birində Nişçindipur adlı kiçik bir kəndin yoxsul bir ailəsi haqqındadır.İllərdir bu kəndin sakini olan ailənin başçısı Harihar xəyalpərəst və bacarıqsız bir adamdır.Torpaq sahibinin kiçik işlərinə qaçan, dini mərasimlərdə insanlara dualar edərək az maaşla ailəsini dolandırmağa çalışan bir Buddist rahibidir.O, ömrü boyu teatr tamaşaçıları üçün pyeslər yazıb şöhrət əldə etmək xəyallarında olmuşdur.Təhsilli olması ilə öyünsə də, bunun o qədər də önəm kəsb etmədiyini özü də dərk edir.Ölən qardaşının borclarını ödəmək məqsədi ilə meyvə bağçalarını da qonşulara satmaq məcburiyyətində qaldıqdan sonra maddi vəziyyəti daha da ağırlaşır.
Ərinin əksinə kifayət qədər bacarıqlı və avtoritar bir qadın olan Sərbocaya daha realist düşünür.Evin bütün yükü də onun üstündədir.Evin iki uşağı olan Durqa və Apunun problemlərini yoluna qoymalıdır.