Yonpxöndo adasının atəşə tutulması

Yonpxöndo adasının atəşə tutulmasıCənubi Koreyanın Yonpxöndo adasının atəşə tutulması 2010-cu il noyabrın 23-də Şimali Koreya tərəfindən baş vermişdir. Adaya azı 200 mərmi buraxılmışdır[1]. Nəticədə 4 cənubi koreyalı həlak olmuş, 16 isə yaralanmışdır, eyni zamanda 60-70 yaşayış evi yanmışdır.

BMT-nin baş katibi Pan Gi Mun Cənubi Koreya ərazisinə hücumu "1953-cü ildə müharibənin başa çatmasından bu yana ən pis insident" adlandırıb[2]. Şimali Koreya da ABŞ hərbçilərinin dəniz sərhədlərinin dəqiqləşmədiyi bir məkanda hərbi təlimlərdə iştirak etməsinin müharibəyə yol açacağı barədə xəbərdarlıq edib.

Mənbələr[redaktə | mənbəni redaktə et]

  1. "Şimali Koreya Cənubi Koreyaya hücum edib". ANS. 23 noyabr, 2010. İstifadə tarixi: 26 noyabr, 2010.[ölü keçid]
  2. "Seul Şimali Koreya ilə sərhəddə qoşunların sayını artırır". APA. 26 noyabr, 2010. 2010-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2010.