Yosun fermaları və ya Dəniz fermaları — dəniz məhsullarından daha çox istifadə edən ölkələrdə yaradılır. Onlar dəniz məhsullarını yalnız okeandan ov etməklə deyil, xüsusi fermalardan da əldə edirlər. Belə fermalarda dəniz canlılarından başqa, dəniz bitkiləri də becərilir.[1]
Yosun fermalarının geniş inkişaf etdiyi ölkələr Yaponiya, Çin və Koreyadır. Əldə olunan yosunlar əsasən qida məhsulu kimi, həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunur.[2]