Yovşanlıtəpə yaşayış yeri

Yovşanlıtəpə yaşayış yeri

Yovşanlıtəpə — yaşayış yeri Ağdam rayonunun Alıbəyli kəndindən 500 m şərqdə, əkin sahələrinin əhatəsində yerləşir. Şimal-qərb, cənub-şərq uzunluğu 130 m, eni isə 70 m olan təpənin hündürlüyü 1 m-dir. Ehtimal ki, onun səthi sovet dövründə hamarlanmış və ətrafları əkin sahələrinə qatılmışdır. Bütün ətrafı boyunca söyüd ağacları əkilmiş təpənin səthini tamamilə yovşan kolları örtüb. Bu səbəbdən də yaşayış yeri Yovşanlıtəpə adı ilə qeydiyyata alınmışdır.[1]

  1. Xaqani İmran oglu Almammadov. Qarabağın arxeoloji abidələri toplusu. I kitab. Bakı: Çap Art nəşriyyat evi, 2016