Yuşə ibni Nun

Yoşua ben Nun, xristianlıqdaki adı ilə İisus Navin və ya İslamdakı adı ilə Yuşa ibni NunMusadan (ə) sonra İsrailoğullarına göndərilən peyğəmbər.

Həyatı[redaktə | mənbəni redaktə et]

Yuşə peygəmbər dua edərkən

Məşhur rəvayətə əsasən Musa (ə) "Təyyə" vadisində dünyadan getdi. Musanın (ə) vəfatından sonra peyğəmbərlik onun vəsisi Yuşə ibni Nuna çatdı. Yuşə peygəmbər e.ə 1355 - e.ə 1245 ci illərdə yaşamişdir Əfraim ibni Yusifin övladlarından idi. Yuşə peygəmbər Bəni-İsrailə rəhbərlik edərək "Əmaliqə" ilə müharibə etməyə getdi. Onlarla bir müddət vuruşandan sonra qələbə çaldılar. Əriha şəhərini fəth edib Bəni-İsraili orada yerləşdirdi.

Rəvayətdə nəql olunubdur ki, Yuşə peygəmbər Musadan (ə) sonra 28 il yaşadı. Bu müddətdə Bəni-İsrailin işlərini səhmana saldı. Onların düşmənləri ilə vuruşaraq hamısını məhv etdi. Fələstin və Şamat torpaqlarını onların arasında böldü. Yuşə peygəmbərlə müharibə edənlərdən biri də Musanın (ə) həyat yoldaşı Safura idi. O, bir dəstə Bəni-İsraili Yuşə peygəmbərin əleyhinə qaldırıb onunla döyüşdülər. Lakin onlar məğlubiyyətə uğrayıb əsir oldular. Lakin Yuşə peygəmbər böyük ruhiyyə, geniş qəlblə Safura ilə rəftar etdi və onu hörmətlə evinə qaytardı. Bu hadisəyə oxşar hadisə Cəməl müharibəsində də baş vermişdi.

Qurandakı peyğəmbərlər
Adəm  • Şeys  • İdris  • Nuh  • Hud  • Saleh  • İbrahim  • İsmail  • İshaq  • Lut  • Yaqub  • Yusif  • Əyyub  • Şüeyb  • Musa  • Harun  • Davud  • Süleyman  • Yunis  • Zəkəriyya  • Yəhya  • İsa  • Məhəmməd
Ayrıca bax: Allah , Din , İslam , Quran