Yuci Naka (中 裕司, Naka Yūji?); 17 sentyabr 1965, Hirakata, Osaka prefekturası), həmçinin YU2 and Muuu Yuji — Yaponiya geymdizayneri və proqramçısı. Keçmişdə o, "Sonic Team" komandasının rəhbəri olmuşdur, ancaq hal-hazırda "Prope" şirkətinin başçısıdır. "IGN" saytının hazırladığı "tarixin ən yaxşı 100 videooyun müəllifləri" siyahısında Yuci Naka 47-ci yerdədir.[1]
Yuci Naka | |
---|---|
yap. 中裕司 | |
Doğum tarixi | 17 sentyabr 1965 (59 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | video oyun tərtibatçısı[d], video oyun prodüseri[d] |
Fəaliyyət illəri | 1984-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Yuci Naka 17 sentyabr 1965-ci ildə Yaponiyanın Osaka şəhərində anadan olmuşdur. O, proqramçılığı videooyun jurnalları üçün kodlar yayımlayaraq öyrənmişdir. Əldə etdiyi təcrübə onu orta məktəbdə təhsil alarkən proqramçılıq üzrə təlim almağa təşviq etmişdir.[2] Orta məktəbdən məzun olduqdan sonra Yuci Naka ali təhsil almaqdan imtina etmiş və Osaka şəhərində qalmışdır. Bu dövrdə o, maaşı az olan müxtəlif işlərdə çalışmışdır.
İlkin olaraq, Yuci Naka "Namco" şirkətində işləmək istəyirdi, ancaq şirkət sadəcə ali təhsilli şəxsləri işə alırdı. Buna görə də o, "Sega" şirkətində köçəkçi proqramçı olaraq işə alınmışdır. O tezliklə "Girl's Garden" videooyunu üzərində işlədi ki, bu oyuna görə Naka çoxlu tərif almışdır. Yuci Naka "Sonic the Hedgehog" videooyun seriyasındakı əməyinə, eləcə də "Nights into Dreams...", "Burning Rangers" və "Phantasy Star Online" videooyunlarındakı fəaliyyətinə görə tanınır.
Yuci Naka EyeToy platforması üçün satışa çıxarılmış populyar "Sega Superstars" videooyununun hazırlanmasında da iştirak etmişdir. O bir neçə videooyunda kameo olaraq rol almışdır.
Yuci Naka 23 may 2006-cı ildə müstəqil "Prope" şirkətini təsis etmişdir.[3] 2018-ci ilin yanvar ayında Yuci Naka "Square Enix" şirkətində işə götürülmüşdür.[4]