Yukiko İnui

Yukiko İnui (d. 4 dekabr 1990, Omihaçiman, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Yukiko İnui 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların iki bürünc medalını qazandı. İnui həm də 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb.

Yukiko İnui
yap. 乾 友紀子
Yukiko İnui və Yumi Adaçi
Şəxsi məlumatlar
Vətəndaşlığı Yaponiya Yaponiya
Doğum tarixi (32 yaş)
Doğum yeri Omihaçiman, Yaponiya
İdman növü Sinxron üzgüçülük
Boyu 169 sm[1]
Çəkisi 55 kq[1]
3 noyabr 2016 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Yukiko İnui 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Yukiko İnui komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.

Yukiko İnui həmin Olimpiya Oyunlarında həmdə duet yarışlarda çıxış etdi. Yukiko İnui Risako Mitsui ilə birgə yarışların finalında 188.0547 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://www.sports-reference.com/olympics/athletes/in/yukiko-inui-1.html.