Yuko Sano — yapon qadın libero. 1979-cu ildə Yaponiyanın Takatsuki şəhərində anadan olmuşdur. Hal-hazırda Yaponiyanın Denso Airybees komandasında oynayır.
Yuko Sano 佐野 優子 | |
---|---|
yap. 佐野優子 | |
Şəxsi məlumatlar | |
Tam adı | Yuko Sano |
Ləqəbi | Ryo[1] |
Doğum tarixi | |
Doğum yeri | Takatsuki Yaponiya |
Vətəndaşlığı | yapon |
Voleybolçu məlumatları | |
Boyu | 1.59 m |
Çəkisi | 54 kq |
Zərbəsi | 286 |
Bloku | 290 |
Mövqeyi | Libero |
Karyerası | |
Komandası | Denso Airybees |
Nömrəsi | 3 |
Həvəskar karyerası | |
?–1998 | Kitasaga Lisesi |
Klub karyerası | |
1998–2000 2000–2003 2004–2006 2006–2010 2010–2012 2012–2013 2013–2014 2014– |
Phoenix Unitika Toray Arrovs Kann Hisamitsu Springs İqtisadçı Qalatasaray Volero Zürix Denso Airybees |
Milli komanda karyerası | |
2002– | Yaponiya |
Vikianbarda əlaqəli mediafayllar |
Yuko Sano həvəskar karyerasına Kitasaga məktəbində başlamışdı. 1998-ci ilə qədər burada təcrübə yığan voleybolçu 2000-ci ildə Toray Arrovs komandasına transfer olunmuşdu.
Voleybolçu 2002-ci ildə Yaponiya millisinə ilk dəfə olaraq çağrılmışdı. Həmin il milli komanda ilə birlikdə Almaniyada keçirilən dünya çempionatında da iştirak etmişdi. Burada dünya on dördüncülüyü yaşayan voleybolçu milli komanda karyerasındakı ilk böyük uğuruna imza atmışdı. Ancaq bu kiçik uğur növbəti nailiyyətlərdən sonra uğur olmaqdan çıxmışdı. Belə ki, voleybolçu 2007-ci ildə Asiya çempionluğu qazanmışdı. O, 2010-cu ildə öz ölkəsində keçirilən dünya çempionatında da bu turnirdəki ilk medalını — bürüncü boynundan asacaqdı.
Yuko 2012-ci ildə İqtisadçı ilə iki illik müqavilə imzalamışdı.[2] Elə getdiyi ilk mövsümdə Superliqada "ən yaxşı libero" mükafatına layiq görülmüşdü. O, müqavilə müddəti başa çatdıqdan sonra (2012-ci ildə) Türkiyə getmişdi. Burada yerli Qalatasaray klubu ilə razılıq əldə ed' bildi.[3]