Yukon adası

Yukon adası (ing. Yukon Island) — Alyaska körfəzinin (Sakit Okeanın şimal-şərqində) bir hissəsi olan Kuk Körfəzinə daxil olan Kaçemak körfəzində yerləşən ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kenay borosuna aiddir.

Yukon adası
ing. Yukon Island
Ümumi məlumatlar
Sahəsi 2,5 km²
Hündür nöqtəsi 150 m
Əhalisi 0 nəfər (2000-ci il)
Yerləşməsi
59°31′20″ şm. e. 151°29′40″ q. u.
Ölkə  ABŞ
Ştat
Akvatoriya
Yukon adası xəritədə
Yukon adası
Yukon adası
Yukon adası xəritədə
Yukon adası
Yukon adası

Yukon adasının şimaldan cənuba olan eni 2,25 km, şərqqən qərbə olan uzunluğu 1,9 km, sahəsi isə təqribən 2,5 km²-dir. Maksimal hündürlüyü dəniz səviyyəsindən təxminən 150 metrdir (1964-cü ildə güclü zəlzələ nəticəsində təxminən 60 santimetr aşağı düşmüşdür). Materiklə minimum məsafə təxminən 1,3 km-dir. Yukon ətrafında bir neçə kiçik, eyni zamanda yaşayış olmayan adalar vardır: Hesket (cənub-qərbdə təqribən 650 m), Koen (şimal-şərqdə təqribən 900 m)[1]. Boğazın qarşı tərəfində, 12 kilometr şimalda, yerli standartlara görə olduqca böyük olan Homer şəhəri yerləşir (təxminən 5000 əhalisi vardır). Oradan müntəzəm olaraq Yukona dəniz taksiləri axışır. Səbəb adanın yaxınlığında boş vaxtlarını kayakla keçirmək istəyənlərin çox olmasıdır[2].

Yukon adası tamamilə meşə ilə örtülüdür və daimi əhalisi yoxdur. Adada ən çox yayılmış ağaclar sitxin küknarı və suqadır.

Ada əhəmiyyətli arxeoloji dəyərə malikdir. Orada tarixdən əvvəlki sakinlərin çoxsaylı izləri aşkar edilmişdir. Bu cür ilk kəşflər 1924-cü ildə, adada yüzlərlə il əvvəl burada yaşamış qadının qalıqları tapılan zaman edilir. 1930-cu illərdə məşhur etnoloq, antropoloq və arxeoloq Frederika de Laquna Yukon adasında böyük tədqiqatlar aparmış, onun işi Alyaskanın tarixinin öyrənilməsinə mühüm töhfə vermişdir[3]. 29 dekabr 1962-ci ildə ada Alyaskanın Milli Tarixi Abidələri siyahısına daxil edilmiş və “ABŞ-nin Milli Tarixi Abidəsi”[4] statusunu almış, 1966-cı ildə isə Tarixi Yerlərin Milli Reyestrinə daxil edilmişdir. 1970-ci illərdə adanın kiçik bir hissəsində tədqiqat mərkəzinin açılması planlaşdırılırdı, lakin bu ərazidə tezliklə yeni arxeoloji tapıntılar edilir. Buna görə də təxminən 280 m² sahəsi olan mərkəz, öz fəaliyyətinə yalnız 1991-ci ildə başlamışdır. Burada 50-60 nəfərlik qruplar növbə ilə işləyir[5].

  1. Yukon Island West, KB-08 Arxivləşdirilib 2014-08-21 at the Wayback Machine  (ing.) на сайте dec.alaska.gov
  2. Best kayaking day trip from Homer, Alaska Arxivləşdirilib 2015-03-24 at the Wayback Machine  (ing.)
  3. Fog on the mountain Arxivləşdirilib 2018-08-28 at the Wayback Machine. (1938) Homer: Kachemak Country Publications. OCLC 32748448 Arxivləşdirilib 2015-05-27 at the Wayback Machine
  4. "Yukon Island Main Site" (ingilis). 2011-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  5. Yukon Island Center — History Arxivləşdirilib 2015-03-22 at the Wayback Machine  (ing.)