Miyoşi Mononoke Muzeyi (三次もののけミュージアム?) və ya rəsmi adı ilə Yumoto Koiçi Memorial Yaponiya Yokay Muzeyi (湯本豪一記念日本妖怪博物館?) – Yaponiyanın Hiroşima prefekturasının Miyoşi şəhərində yerləşən muzey. Yaponiya folklorundakı fövqəltəbii varlıqlar olan yokaylara həsr olunmuşdur.
Miyoşi Mononoke Muzeyi | |
---|---|
Əsası qoyulub | 2019 |
Açılış tarixi | 26 aprel 2019 |
Mövzu | yokay, mononoke[d] |
Ölkə | |
Yerləşir | Miyoşi[d] |
34°48′55″ şm. e. 132°50′42″ ş. u. | |
miyoshi-mononoke.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 26 aprel 2019-cu ildə Tokioda yaşayan yokay tədqiqatçısı və etnoloq Koiçi Yumotonun xatirəsinə Miyoşi şəhəri tərəfindən açılmışdır. O, 2016-cı ildə kolleksiyasındakı 5000-dən çox əşyanı muzeyə bağışlamışdır. Miyoşi şəhəri Edo dövrünə aid "İno Mononoke Roku" nağılına görə tanınır. Nağıl 16 yaşlı bir oğlanın 30 gün ərzində yokaylarla mübarizəsindən bəhs edir.[1]
Muzey binası ikimərtəbəlidir və polad karkasla tikilmişdir. Ümumi sərgi sahəsi 1.241 m² təşkil edir.[2]
Miyoşi Mononoke Muzeyi Yaponiyada yokaylara həsr olunmuş ilk muzeydir. Yokaylar haqqında məlumatlar tarixi artefaktlar və interaktiv rəqəmsal quraşdırmalar vasitəsilə çatdırılır. Ziyarətçilər interaktiv rəqəmsal yokay kitabı ilə tanış ola və xüsusi kamera ilə yokaylarla şəkil çəkdirə bilərlər. Muzeydə Yumotonun kolleksiyasından olan 160 əşya sərgilənir.[1] Muzey kolleksiyasına Toriyama Sekienin "100 iblisin illüstrasiyalı gecə paradı" əsəri,[3] məşhur yokay nağıllarının rəsmləri və əl işləri daxildir.[1] Muzeyin suvenir dükkanında yokaylar haqqında kitablar, furoşikilər satılır.[1]