Yumruyarpaq yemişan

Yumruyarpaq yemişan (lat. Crataegus rotundifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Yumruyarpaq yemişan
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Crataegus rotundifolia

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Vətəni Şimali Amerikadır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 6 m-ə çatan çoxgövdəli, sıxçətirli iri kol və ya ağacdır. Yarpaqları yumurtavari, kənarları iri dişlidir. Çiçəkləri ağ, diametri 2 sm-dir. 8-10 ədədi çətir çiçək qrupuna yığılmışdır. İyun ayında çıçəkləyir, meyvələri qırmızı, yumru çəyirdəkmeyvədir, sentyabrda yetişir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Yumru yarpaqlı yemişan qışa, quraqlığa, şəhər şəraitinə digər yemişan növlərinə nisbətən daha çox davamlıdır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Respublikanın bəzi bölgələrində mədəni şəraitdə becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

1737-ci ildən mədəni şəraitdə yetişdirilir. Dekorotiv xüsusiyyətlərinə əsasən canlı çəpərlərin salınmasında qiymətli bitkidir. Yemişanın meyvələrinin spirtdə ekstraktı əsəb xəstəlikləri, ürək nevrozları, hipertoniyanın müalicəsində istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]