Yumurtavari ilankölgəsi (lat. Ferula oopoda) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2ab (ii, iii,); C2a. Azərbaycanın nadir növüdür.
Yumurtavari ilankölgəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Yumurtavari ilankölgəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Çoxillik monokarp bitkidir, hündürlüyü 1 m-ə yaxındır. Gövdəsi düzdür, qalındır, yuxarı hissəsində budaqlar bərabər ölçüdədir. Gövdə yarpaqlarının qınları dərivaridir, çılpaqdır, üfürülmüş kimidir, ucu bərkdir. Yarpaq ayaları xətvaridir. Kökətrafı yarpaqlarının son ayaları rombvaridir, çox sayda yarılmış lələklidir, qalın-xətvaridir, uzunluğu 2-4 sm, eni 1,5-2 mm-dir. Gövdə yarpaqları çox kiçikdir, çox şişikin, ağtəhər, dərivari qınlıdır. Ləçəkləri tünd sarıdır, ellipsvaridir, uzunluğu 2 mm-ə yaxındır, üzü aşağı istiqamətlənmişdir. Uzunluğu 10 mm-ə qədər olan meyvələri ellipsvaridir.
Çiçəkləmə may-iyun, meyvəvermə iyun-iyul aylarında müşahidə edilmişdir. Kserofitdir. 900–1000 m hündürlükdə yayılmışdır. Aşağı dağ qurşaqlarında, gilli dərələrdə rast gəlinir.
Naxçıvanın dağlıq hissəsində yayılmışdır. (Duzdağ ərazisinin cənub yamacında kiçik populyasiyası vardır).
Populyasiyanın sayı sürətlə azalır. İtmə təhlükəsi altında olan yeganə lokalitet mövcuddur. Takson çox yaxın bir gələcəkdə məhv olmaq təhlükəsi həmçinin bir neçə illərdir ki, əvvəlki populyasiyalarına rast gəlinmir.
Monopark olduğu üçün çoxalmasının zəifliyi və iqlimdir.
Yayıldığı Darıdağ ərazisində yasaqlıq yaradılması təklif edilmişdir. Populyasiya təhlükə altında olduğundan qorunması vacibdir.