Yunıy boğazı (rus. Пролив Юный ) - Komsomoles (ada)sını Pioner adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Uzunluğu 60 km ,eni 4–24 km , dərinliyi 220 m təşkil edir. Sahilləri sıldırımlı və qayalıdır, buzla örtülüdür. Boğazda Paputnıy, Kaplya, Buyan və Povaratnıy adaları vardır. Sahillərində Festivalnıy , Otkrıtıy (Komsomoleç), Ojıdannıy və Xolmıstıy (Pioner) burnuları vardır. Boğaza İlistaya çayı axır[1][2][3] . Boğaz 1932-ci ildə əraziyə təşkil edilən ekspedisiya zamanı sovet gənclərinin şərəfinə adlandırılmışdır.
Yunıy boğazı | |
---|---|
rus. Пролив Юный | |
Ümumi məlumatlar | |
Eni | 4 - 24 km |
Uzunluğu | 60 km |
Yerləşməsi | |
80°06′15″ şm. e. 92°32′14″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Komsomoles (ada)sını Pioner adasından ayırır |
|