Yun Yon Pe (kor. 배 윤영; 9 may 1998, Tequ) – Cənubi Koreya dəb modeli. Vittoriya Çeretti, Faretta, Halima Aden, Adut Akeç, Paloma Elsesser, Radhika Nair, Fran Sammer və Selena Forres ilə birlikdə "British Vogue" jurnalının "New Frontiers" üzlüyündə yer almışdır.[1]
Yun Yon Pe | |
---|---|
kor. 배 윤영 | |
Doğum tarixi | 9 may 1998 (26 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | model[d] |
Pe 9 may 1998-ci ildə Cənubi Koreyanın Tequ şəhərində doğulmuşdur.[2] Bir koreyalı stilist tərəfindən kəşf edildikdən sonra YGKPlus agentliyi ilə işləməyə başlamışdır.[3] 2016-cı ildə Prada brendinin modeli kimi debüt etmiş, reklamlarında iştirak etmişdir.[4] İkinci mövsümündə isə Chloé, Kenzo, Loewe və Christian Dior brendləri üçün podiuma çıxmışdır.[4] "The Fashion Spot" jurnalına əsasən 2019-cu ilin bahar mövsümündə ən çox rezerv olunan modellərin siyahısında Pe holland model Kimi Villemslə bərabərə qalmışdır.[5]
Bunlardan əlavə, Chanel, Fenty x Puma, Céline, Valentino, Paco Rabanne, Marni, Versace, Moschino, Fendi, Christopher Kane, Burberry, J.W. Anderson, Coach New York, Michael Kors, Altuzarra, Victoria Beckham və Tommy Hilfiger brendləri üçün də modellik etmişdir.[2] O, Luna Biyl, Anqok Mayen və Kara Teylor ilə birlikdə Diana fon Fürnstenberq kampaniyasında, eləcə də, Zara, Prabal Gurung, Tory Burch və Chanel brendlərinin kampaniyalarında iştirak etmişdir.[6]
2020-ci ilin aprelində Models.com saytı tərəfidən "top-50" modeldən biri kimi göstərilmişdir.[7] "British Vogue" jurnalının redaktoru Rozi Vogel-Eades onu 2018-ci ilin payız-qış dəb həftəsinin top modellərindən biri kimi seçmişdir.[8]
A British Vogue cover sealed Yoon Young Bae’s sizzling status. It feels like just yesterday a Prada exclusive marked this Korean model’s coming-up moment. Things have been good, nay great, for Yoon Young Bae in the international market: campaigns for DVF and Zara and editorial appearances in the best glossies Vogue Japan, i-D, Another, W Korea and a cover appearance on the latest British Vogue is the icing on the cake.