Yunanıstan Qadın Hüquqları Liqası

Yunanıstan Qadın Hüquqları Liqası (yun. Σύνδεσμος για τα Δικαιώματα της Γυναίκας) 1920-ci ildə Afinada qadınların siyasi hüquqlarını, o cümlədən seçki hüquqlarını tanımaq üçün yaradılmış Yunanıstan feminist təşkilatıdır. Beynəlxalq Qadınlar Alyansına bağlı təşkilat bu gün də fəaliyyətini davam etdirir.[1][2]

Yunanıstan 1828-ci ildə müstəqillik əldə etdikdən sonra qadınlara dəstək üçün bir sıra təşəbbüslər irəli sürülüb, təhsil sahəsində qadınlara dəstək xüsusilə seçilirdi. 1872-ci ildə Kalliopi Kehajia (1839–1905) Qadın Təhsilinin Təşviqi Cəmiyyətini qurdu. Kalliroi Parren (1861–1940) 1894-cü ildə Qadınların Azadlığı İttifaqını və 1896-cı ildə isə Yunan Qadınlar Birliyini qurdu.

1911-ci ildə Yunan Qadınlarının Milli Şurası yaradılmışdır. Afina Universitetinə qadınların qəbulu və 1911-ci ildə Yunan Qadınları Liseyinin yaradılması ilə təhsil sahəsində böyük irəliləyişlər əldə edildi.

Nəhayət 1920-ci ildə Avra Teodoropulu ən əsas siyasi hüquqlar və seçki hüququ ilə bağlı irəliləyişlər tələb edən Qadın Hüquqları üzrə Yunan Liqasını qurdu.[3]

Liqa 1920-ci, 1930-cu və 1950-ci illərdə xüsusilə fəal idi və qadın hüquqlarında ayrı-seçkilik edən qanunların ləğv edilməsinə və ailə hüququnda irəliləyişlər əldə edilməsinə nail oldu.

Feminist jurnalı Qadın Mübarizəsi təşkilat tərəfindən Təşkilat Beynəlxalq Qadınlar Alyansına üzv olduğu 1923-cü ildən etibarən həm də "Qadın Mübarizəsi" adlı feminist jurnalını nəşr etməyə başladı.[1]

Liqa 1982-ci ildə Qadın Problemlərinin Sənədləşdirilməsi və Öyrənilməsi Mərkəzinin yaradılmasına da nail oldu.

  1. 1 2 "Greek League for Women's Rights". EIGE. 3 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017.
  2. Bacchetta, Paola; Power, Margaret. Right-wing Women: From Conservatives to Extremists Around the World. Psychology Press. 2002. 116–. ISBN 978-0-415-92778-9.
  3. Encyclopedia of Women Social Reformers. ABC-CLIO. 2001. 529–. ISBN 978-1-57607-101-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]