Yunan Mehmed Paşa

Yunan Mehmed Paşa (XV əsr1470, İstanbul) ― 1466-1469-cu illər arasında Osmanlı sədrəzəmi olmuş dövlət xadimi.

Yunan Mehmed Paşa
1466 – 1469
ƏvvəlkiVəli Mahmud Paşa
Sonrakıİshaq Paşa
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Vəfat tarixi 1470
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Dini öncə xristian, sonradan islam

İstanbulda yaşayan yunan bir ailənin uşağı olub, sonra dəvşirmə sisteminə alınmış və müsəlman olmuşdur. Xüsusilə yunan ailələrə mədən də daxil olmaqla, müxtəlif yer üstü ehtiyatların, gömrük vergilərinin iltizama verilməsini və bu sayəsində dövlət gəlirlərinin toplanmasında səmərənin və artımın ola biləcəyini bildirmiş və bu barədə II. Mehmedi razı salmışdır. Təkəli və iltizam üsulları barədə yanaşmaları bu dövrdə Osmanlı maliyyəsini ehtiyatların artmasını təmin etsə də; bunun çox uzun dövrdəki təsiri mənfi olmuşdur. Çünki bu sayəsində Osmanlının xüsusilə durğunluq dövründə, dövlət zəiflədiyində korrupsiya yaranmış, ticarət həyatı müəyyən azlıqların əlinə keçmişdir.

Bununla birlikdə sədrəzəmliyi dövründə bilinən digər bir hadisə də Qaraman Səfəri əsnasında sərgilədiyi tarixə keçən qətliam və talandır. Qaramanoğulları Osmanlı imperatorluğunun əlindəki torpaqların bir hissəsini almaq üçün ordu səfərdə ikən hücum etmiş ancaq sonra bu hücumlar geri püskürdülüb Qaramanoğulları Osmanlılara bağlı hala gətirilmişdi. Ancaq eyni vəziyyət təkrar ortaya çıxanda Yunan Mehmed Paşa, Qaramanoğulları səfərinə çıxmışdır. Səfərdə əmrindəki Osmanlı əsgərləri xalqa son dərəcə mərhəmətsizcə davranmışdır.

O dövrün tarixçilərindən Aşıqpaşaoğlu əsərində onun üçün belə deməkdədir:

"Yunan Mehmed, getdi. Larende'yə çatdı. Məscidlərini və mədrəsələrini yandırdı və yıxdı. Atasının evi kimi xarab etdi. Şəhərin qadınlarını və oğlanlarını soydurdu. Çılpaq etdirdi. Larende'dən getdi. Çatdı, Ərəyliyə çıxdı. Ərəylinin elini və kəndlərini viran eylədi ... " [1]

Yunan Mehmed Paşa Məscidi

Bu işini dəvşirmə mənşəyi ilə əlaqələndirən hətta Yunan olmasından ötrü etdiyini söyləyən tarixçilər də var.

Varsaq Türkmənləri üzərinə hərəkət etmiş ancaq varsaq bəylərindən Uyuz Bəy tərəfindən məğlub edilmiş, Qaraman səfərində ələ keçirdiyi bütün mal və pul Türkmənlərin əlinə keçmişdir. Qaramanlı Mehmed Paşanın təşəbbüsü ilə vəzifədən alınmış və 1470-ci ildə boğularaq öldürülmüşdür.[2]

Məzarı Üsküdarda düzəltdirdiyi Yunan Mehmed Paşa Məscidi yanında olan türbəsindədir. Ankarada dövrümüzdə Anadolu Mədəniyyətlər Muzeyi olan Qurşunlu Han da Yunan Mehmed Paşa tərəfindən inşa edilmişdir.

  1. Nihal Atsız-"Aşıkpaşaoğlu Tarihi" Milli Eğitim Basımevi İstanbul 1970 səh. 87
  2. Osmanlı Tarihi, II. Cilt, 10. baskı, sf: 90,91,532 Türk Tarih Kurumu Yayınları-2011, Ord. Prof. İsmail Hakkı Uzunçarşılı