Yunan ağ şamı

Yunan ağ şamı (lat. Abies cephalonica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü.

Yunan ağ şamı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vətəni Cənubi Albaniyadır, Yunanıstannın qərb hissəsində də rast gəlinir. Subalp bitkisidir, dəniz səviyyəsindən 800-dən 2000 m hündürlüyə qədər dağlarda bitir. Yaxşı drenajlı, kalsiumlu, bəzən bir az turş torpaqlara üstünlük verir. Hündürlüyü 30-35 m, gövdəsinin diametri 1,5-2 m, sıx, konusvarı, ağacdır. Cavan ağacların qabığı hamar, bozumtul, sonradan çıxıntılıdır. Cavan zoğları çılpaq, hamar, qırmızı və ya açıq-qonur, sonradan boz-qonurdur. Tumurcuqların uzunluğu 5-7 mm, eni 3-5 mm, yumurtavarı-konusvarı, küt və ya ucu biz, qatranlıdır. İynəyarpaqların uzunluğu 15-35 mm, eni 1,5-2,5 mm, zoğun ətrafında radius şəklində yerləşir, ucu biz, yuxarı tərəfdən zolaqları iynəyarpaqların yarısına qədər çatdığına görə iynəyarpaqları göyümtül, alt tərəfi iki ağ zolaqlıdır. Qozaları ensiz-silindrik, uzunluğu 8-16 sm, qalınlığı 2,5-3,8 (5) sm-dir. Toxum qabıqlarının uzunluğu 24 mm, eni 30-31 mm, yuxarı kənarı yumru, saplağı təxminən 8 mm-dir. Toxumları açıq-qonur, qanadı həmin rənglidir. Quraqlığa, yararlı iqlimi olan yerlərdə xəstəlik və zərərvericilərə davamlıdır. Abşeronda qışa çox davamlı deyil, ancaq qorunan yerlərdə becərilir. Yavaş böyüyür. Dendroloji kolleksiyalar üçün əhəmiyyətliidr.